Papa seks və porno haqqında danışdı: "Bu, Tanrının hədiyyəsidir"
Papa Fransisk seks haqqında danışıb və pornoqrafiyanı pisləyib. Sfera.az xəbər verir ki, bu barədə “L'unione sarda” onun çıxışına istinadən məlumat yayıb. Papa seksi Tanrının hədiyyəsi adlandırıb. Bununla belə, onun sözlərinə görə, “şəhvətlə döyüşdə” qalib gəlmək üçün iffətə qiymət vermək lazımdır. “İffət cinsi əlaqədən uzaqdır. Heç vaxt başqasına sahib olmamaq istəyidir. Sevmək başqalarına hörmət etmək, onların xoşbəxtliyi üçün çalışmaq, onların hisslərinə rəğbət bəsləmək, başqalarının bədəni,