İstənilməyən övlad “Apple”nin qurucusuna necə çevrildi?

İstənilməyən övlad “Apple”nin qurucusuna necə çevrildi?

“Apple”ın əfsanəvi CEO-su və müasir texnologiya dünyasının təməl daşlarından biri olan Stiv Cobs əslində suriyalı mühacir atanın oğludur. Anasının ailəsi onun müsəlmanla evlənməsini istəmədiyi üçün, Cobsu övladlığa verməyə məcbur ediblər. Stiv Cobsun əsl atası Əbdülfəttah Con Cəndəli öz oğlu ilə bir neçə təsadüfi ayaqüstü salamlaşmadan başqa heç vaxt danışmayıb.
 

Sfera.az bu maraqlı həyat hekayəsini sizə təqdim edir.


Əbdülfəttah Con Cəndəli 1931-ci ildə Suriyanın Homs şəhərində anadan olub. Anası evdar qadın, atası isə çoxlu kəndlərin sahibi olan varlı adam idi.



Rahat həyat tərzi keçirən Candali Dəməşq Universitetində hüquq təhsili almaq istəsə də, atası etiraz etdikdə Beyrutdakı Amerika Universitetində təhsil almağa gedir. Candali ərəb millətçi fəalı idi. Hər bir aksiyada iştirak edirdi. İştirak etdiyi etiraz aksiyalarına görə çətinliyə düşəndə ​​ölkəni tərk etmək qərarına gəlib. O, Amerikada Suriyanın BMT-dəki səfiri vəzifəsində çalışan qohumunun yanına gedib. Daha sonra Kolumbiya Universitetində Siyasi Elmlər və İqtisadiyyat üzrə təhsil almağa başlayıb.

 

Kolumbiya Universitetini bitirdikdən sonra Candali Viskonsin Universitetinə köçüb və orada doktorluq dərəcəsi alıb. Doktorantura oxuyarkən bir qadına aşiq olub və onunla münasibət qurub.


Joanne

Carol Schieble (Coanna Karol Şeybl) adlı bu qadın bir müddət sonra hamilə qalıb. Evlənməyə qərar verən cütlük problemlə üzləşib. Coanna alman-isveçrə əsilli ciddi katolik, Candali isə müsəlman bir ailənin övladı idi. Bu səbəbdən də qadının ailəsi evliliyə qarşı çıxıb. Coanna körpəni 24 fevral 1955-ci ildə dünyaya gətirib. O, Candali ilə körpənin doğulmasına az qalmış ayrılıb. Ailəsinin xahişi ilə körpə Klara Cobs və Pol Cobsa övladlığa verilib. Coannanın atasının ölümündən sonra yenidən görüşməyə başlayan cütlük bu dəfə evlənərək, bir qız uşağı sahibi olublar.

 

Candali diplomat olmaq arzusu ilə Suriyaya getsə də, axtardığını tapa bilməyib. Bir müddət Homsda neft emalı zavodunda işlədikdən sonra yenidən ABŞ-a qayıdıb.

Qayıdanda nə keçmiş həyat yoldaşı, nə də uşaqları ilə görüşüb. Nevada və Miçiqan Universitetlərində dosent vəzifəsində çalışıb. O, Las-Veqasda restoran alıb. Daha sonra Nevadadakı “Boomtown Casino& Hotel”də vitse-prezident vəzifəsində çalışıb. 2022-ci ildə 90 yaşında təqaüdə çıxmağın dadını yaşayır.
Qeyd edək ki, ilk dəfə 2005-ci ildə David Galbraith adlı jurnalist tərəfindən Twitter-dəki paylaşımda Stiv Cobsun övladlığa götürüldüyü və atasının suriyalı mühacir Əbdülfəttah Con Candali olduğu açıqlanmışdı.

BBC məsələni araşdırdıqdan sonra hadisənin real olduğunu təsdiqləyib. Cobs məsələ ilə bağlı açıqlama verərək, özünü heç vaxt tərk edilmiş hiss etmədiyini bildirib. O bildirib ki, övladlığa götürüldüyünü bilmək ona özünü müstəqil hiss etdirib. Ailəsinin onu hər zaman özəl hiss etdirdiyini deyən Cobs onları heç vaxt ögey ailə kimi görmədiyini də sözlərinə əlavə edib. Cobs bir neçə dəfə öz atasına məxsus restorana getmək imkanı qazanıb. Onunla əl sıxışaraq görüşsələr də, bundan başqa ünsiyyət qurmayıblar. Cobs bacısı Mona Simpsonla 27 yaşında tanış olub.


Əbdülfəttah Con Candali isə, hadisələrdən anladığımız qədər, son dərəcə rahat bir insandır. Eyni ölkədə olsalar da qızı və ya oğlu ilə görüşməyən Candaliyə bu barədə sual verdikdə o: “Harada yaşadığımı bilirlər, kim istəsə gəlib görüşə bilər”-deyə cavab verib.

O, keçmiş həyat yoldaşı haqqında xoşuna gəlmədiyi şey öyrəndiyi üçün onunla görüşmədiyini deyib.


Əbdülfəttah Con Candali oğluna ad günündə mesaj göndərdiyini, bundan başqa heç bir münasibətlərinin olmadığını bildirib. Çox adam ona oğlu ilə tanış olmağını məsləhət görsə də, bundan narahat olduğunu deyib.

 

 

“Oğlum “Apple” şirkətinin baş direktoru, qızım Mona isə məşhur yazıçıdır, amma onları mən böyütməmişəm”-deyə bildirib.


Stiv Cobs isə övladlığa götürüldüyünü bilmənin onu necə azad hiss etdirdiyini vurğulayır. Cobs amerikalı bir ailə tərəfindən sadə bir insan kimi böyüdülüb. O, ABŞ-dakı irqçiliklə heç vaxt qarşılaşmayıb.

 



Yalnız Donald Trampın anti-immiqrant siyasəti zamanı məlum olub ki, Cobs suriyalı atanın oğludur. Əbdülfəttah Con Candali varlı bir ailənin oğlu idi. ABŞ isə ehtiyacı olanları deyil, zəngin immiqrantları qəbul edir. Ona görə də Stiv Cobs bioloji ailəsi tərəfindən böyüdülsəydi də, oxşar uğura nail ola bilərdi. Bununla belə, onun bu ailədə böyüsə, “Apple” şirkətinin baş direktoru olub-olmayacağını demək olmaz. Çünki kompüterlərə olan sevgisi onu böyüdən atası Paul Cobs tərəfindən aşılanıb, lakin o, əsl atasının yanında böyüsəydi, ən yaxşı halda varlı bir tacir ola bilərdi.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq

"AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq. Yeni sikkənin dizaynı ilk dəfə dövlət şirkətinin 3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində ...

"Hudutsuz sevda"nın aktrisası yeni serialda - FOTO

"Hudutsuz sevda" serialının aktrisası Elçin İrem Zehranın yeni layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Sevdiğim ...

Goranboyda maşın aşdı - Xəsarət alan var

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi əraz...

Novxanıda dənizdə batan yeniyetmənin anası: "Dostu əsgər gedirdi, onu yola salmağa gəlmişdi" - VİDEO

Novxanıda iki yeniyetmənin batmasının təfərrüatı məlum olub. Bildirilib ki, hadisə gecə saatlarında baş verib.   Sfera.az xəbər verir ki, hadisə...

Rusiya Çindən bir ayda 5 milyon litr pivə aldı

Çin iyun ayında Rusiyaya 4,9 milyon litr pivə tədarük edib ki, bu da ikitərəfli ticarət üçün yeni rekorddur.   Sfera.az xəbər verir ki, bu barədə Çin...

Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” m...