Kirill Budanov: "Qarşıdakı aylar Ukrayna üçün çox çətin olacaq"
Mayın ortalarından iyunun əvvəlinə qədər Ukrayna kifayət qədər çətin vəziyyətlə üzləşəcək. Sfera.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov BBC-yə müsahibəsində deyib. Onun sözlərinə görə, bu, təkcə cəbhədən və ya daxili siyasi vəziyyətdən deyil, hər şeydən asılıdır: “Bizim qiymətləndirmələrimizə görə, yaxın gələcəkdə kifayət qədər çətin vəziyyət yaranacaq. Amma bu, faciəli olmayacaq. Rusiya kompleks tədbirlərə əl atacaq. Bu,