Uinston Çörçillin Londondakı evi satışa çıxarıldı - FOTOLAR
Böyük Britaniyanın baş naziri Uinston Çörçillin malikanəsi 19,5 milyon funt sterlinqə (24,8 milyon dollar) satışa çıxarılıb. Malikanə Londonun məşhur Kensinqton ərazisində, “Hyde Park Gate”də yerləşir. Sfera.az bildirir ki, bir vaxtlar Çörçill təkcə bu evdə yaşamayıb, həm də birinci mərtəbəsini ofis kimi istifadə edib. Ev 1946-cı ildə müharibə dövrünün tanınmış siyasətçisi tərəfindən 7000 funta (bu gün 244,917 funt sterlinq) alınıb. Çörçill evi alana qədər artıq qonşuluqda bir evə sahib olub.