Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Dünya
Beynəlxalq siyasət, regiondakı proseslər, Türkiyə, Rusiya, İran, Avropa və ABŞ-dan son hadisələr.
30 dekabr 2025, çərşənbə axşamı
Ukraynalılar ədalətli sülh istəyir-
Zelenskidən AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib ki, ölkə əhalisi sülhə can atsa da, bunun Donbasdan imtina bahasına baş verməsini qəbul etmir. Onun sözlərinə görə, ukraynalılar müharibədən yorulublar, lakin milli təhlükəsizliyi riskə atan güzəştlərə hazır deyillər. Sfera.az xəbər verir ki, Zelenski qeyd edib ki, aparılan sorğular əhalinin böyük əksəriyyətinin sülhü dəstəklədiyini göstərir. Bununla yanaşı, vətəndaşların təxminən 85 faizi Donbasdan çıxmağa
17:29
ABŞ Türkiyəyə "F-35" qırıcılarını verəcək? -
AÇIQLAMA
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə keçirdiyi brifinqdən sonra ABŞ "F-35" qırıcılarının Türkiyəyə satışını təsdiqləyə biləcəyini deyib. Tramp "F-35" qırıcılarının Türkiyəyə satışının təsdiqi üçün şərt qoşduğunu da əlavə edib: "Onlar (Türkiyə - red.) qırıcılardan İsrailə qarşı istifadə etməyəcəklər". ABŞ Türkiyəyə "F-35" qırıcılarını vermək istəyirmi, yoxsa bu, bir manipulyasiyadırmı? Sfera.az -a bu barədə açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib
16:05
Zelenski müharibə bitdikdən sonra istefa verəcək?
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra istefa vermək niyyətindədir. Sfera.az xəbər verir ki, Zelenski bu barədə "Fox" telekanalına müsahibəsində bildirib. "Münaqişə bitdikdən sonra istefa verəcəksinizmi" sualına Zelenski "bəli" cavabını verib. Dekabrın 14-də Ukrayna prezidenti bəyan edib ki, təhlükəsizlik təmin olunarsa, ölkədə seçkilər keçirilməsinə dair qərar imzalamağa hazırdır.
15:34
2025-ci ildə ən pis smartfon istehsalçılarının adları açıqlandı
"Android Authority" 2025-ci ilin ən pis Android smartfon istehsalçılarının adlarını açıqlayıb. Reytinq bazar təsirinə əsasən tərtib olunub. Sfera.az xəbər verir ki, ən pis istehsalçı kimi bir çox bazardan çəkildiyi və cihazlara dəstəyi azaltdığı üçün HMD Global göstərilib. Realme diqqətçəkən yeni modellərin olmamasına görə, Sony isə baha, amma rəqiblərdən geri qalan telefonlar buraxdığı üçün tənqid edilib. Ən yaxşı istehsalçılar ayrıca qeyd olunmasa da, Samsung, OnePlus, Google, Oppo və Xiaomi
15:27
Bu ölkədə "Santa Klaus"la şəkil çəkdirmək qadağan olundu
Tehranda Milad əşyaları satan mağazalarda, xüsusilə "Santa Klaus"la şəkil çəkdirmək qadağan olunub. Sfera.az xəbər verir ki, mağazalarda bu qadağanı göstərən elanlar yerləşdirilib. Əvvəllər həmkarlar ittifaqları və hökumət rəsmiləri Halloween, Milad və Yeni il əşyaları ilə bağlı satışa məhdudiyyətlərin tətbiqinin vacibliyini vurğulamış, nəticədə bəzi mağazalar bağlanmışdı.
14:28
Sabiq nazir vəfat etdi - Bu ölkədə....
Banqladeşin sabiq baş naziri və ölkənin Milli Partiyasının (BNP) sədri Xaleda Ziya 80 yaşında vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə "Dhaka Tribune" nəşri partiyanın sosial şəbəkələrdə yaydığı açıqlamaya istinadən məlumat yayıb. Məlumata görə, Xaleda Ziya dekabrın 30-na keçən gecə Dakka şəhərində yerləşən “Evercare” xəstəxanasında müalicə aldığı vaxt, səhər saat 6 radələrində dünyasını dəyişib.
08:13
ABŞ Venesuelaya hücum etdi
ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu iddia edilən əraziyə zərbə endirildiyini təsdiqləyib. Sfera.az xəbər verir ki, bu barədə o, İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Gəmilərə narkotik yüklədikləri liman ərazisində böyük bir partlayış baş verdi. Bütün qayıqları partlatdıq və indi həmin əraziyə də zərbə endirdik”, – deyə Amerika lideri qeyd edib. Donald Tramp hadisə ilə bağlı
08:05
Putin fərman imzaladı
Rusiya Prezidenti Vladimir Putin 2026-cı ildə hərbi xidmətə çağırış haqqında fərman imzalayıb. Sfera.az xəbər verir ki, plana əsasən, 18-30 yaş arası 261.000 nəfər orduya çağırılacaq. Yanvarın 1-dən etibarən Rusiyada yeni hərbi çağırış proseduru tətbiq olunacaq. İl ərzində tibbi müayinələr, peşəkar psixoloji müayinə və çağırış komissiyasının iclasları keçiriləcək.
00:15
29 dekabr 2025, bazar ertəsi
Trampın zəngini gözləyirəm -
Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Amerika və Ukrayna nümayəndə heyətləri arasında danışıqlardan sonra ABŞ Prezidenti Donald Trampdan yeni zəng gözlədiyini açıqlayıb. Sfera.az xəbər verir ki, bu barədə “TASS” informasiya agentliyi məlumat yayıb. “Dünən prezidentlə görüşdüm və o, mənə komandalarımızın birlikdə işləyəcəyini və sonra mənə zəng edəcəyini dedi”, – deyə Zelenski “Novosti Live”dan yayılan audio materialda bildirib. O həmçinin avropalı liderlərlə və Trampla görüşləri səbirsizliklə
15:17
Sülh planında həll edilməmiş 2 bəndi açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla ötən gecə baş tutan danışıqlar zamanı 20 bənddən ibarət sülh planında razılaşdırılmamış məsələləri açıqlayıb. Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın “Yevropeyskaya Pravda” nəşri məlumat yayıb. “İki məsələ qalır. Bunlar, Zaporojye Atom Elektrik Stansiyasının necə fəaliyyət göstərəcəyi və ərazilərlə bağlı məsələlərdir. 20 bəndlik sənəddə razılaşdırılmamış qalan məhz bu iki müddəadır”, - Zelenski bildirib. Qeyd edək ki, ötən
14:59
“Zelenski ilə ayrıca danışdım” –
Makron açıqladı
Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri ilə ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə iştirak etdikdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrıca söhbət apardığını bildirib. Sfera.az xəbər verir ki, Makron bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib. O qeyd edib ki, müzakirələr həm Avropa liderləri, həm də ABŞ və Ukrayna rəhbərlərinin iştirakı ilə baş tutub. “Bu axşam mən bir neçə digər Avropa lideri ilə yanaşı, Zelenski və Trampla müzakirədə iştirak
11:32
Gələn ilin əvvəli meteor yağışı olacaq -
Bakıdan da görünəcək
Yanvarın əvvəlində maraqlı astronomik hadisə - Kvadrantid meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sfera.az -a verilən xəbərə görə, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi, saat 03:00 radələrində gözlənilir. "Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı
11:00
Rusiyanın 7 regionuna PUA hücumu edildi
Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 89 PUA vurub. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bryanskda 49, Novqorodda 18, Adıgey ərazisi üzərində 11, Krasnodarda 7, Azov dənizi üzərində, Orlov, Rostov və Smolenskdə isə 1 PUA zərərsizləşdirilib.
10:14
Ukraynada gedən müharibədə həlak oldu
Ukraynada davam edən müharibədə Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən Şəmkir rayon sakini Qarayev Elvin Fəxrəddin oğlu həlak olub. Sfera.az xəbər verir ki, bu barədə məlumatı hərbi bloger Tofiq Şahmuradov yayıb. Məlumata görə, Elvin Qarayev bir müddət idi itkin düşmüş hesab olunurdu. Sonradan onun nəşinin tapıldığı bildirilir. Nəşin sabah Bakıya göndəriləcəyi, daha sonra isə Şəmkir rayonunda dəfn olunacağı qeyd olunur. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama
07:33
28 dekabr 2025, bazar
Bu şirkət işçisinə ildə yarım milyon dollar verəcək
"ChatGPT" neyroşəbəkəsini hazırlayan "OpenAI" şirkəti işə süni intellekt sahəsində təhlükəsizlik üzrə mütəxəssis götürməyi planlaşdırır. Sfera.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Sem Altman "X" sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, yeni əməkdaş süni intellekt sahəsində mümkün təhdidləri və onlarla mübarizə yollarını müəyyən edəcək. "OpenAI" rəhbərinin sözlərinə görə, bəşəriyyət elə bir inkişaf mərhələsinə daxil olur ki, cəmiyyət neyroşəbəkələrdən qaynaqlanan
22:21
Türkiyə dünya aviasiya tarixində ilkə imza atdı
Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş təyyarəsi avtonom şəkildə bir-birinə çox yaxın məsafədə uçuş həyata keçirib. Sfera.az xəbər verir ki, “Baykar” şirkəti tərəfindən verilən açıqlamaya görə, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan “Bayraktar Kızılelma”nın inkişaf prosesi yeni qabiliyyətlərin inteqrasiyası ilə ardıcıl şəkildə davam edir. Çorluda yerləşən “AKINCI” Uçuş Təlim və Sınaq Mərkəzində aparılan işlər çərçivəsində iki fərqli “Bayraktar Kızılelma”
21:57
22 il sonra barışdılar
Türkiyəli müğənni İbrahim Tatlısəsin Yeni il gecəsi “Star” TV-də yayımlanacaq “İbo Şou” verilişində gözlənilməz bir görüş baş tutub. Sfera.az xəbər verir ki, məşhur sənətçi illərdir ayrı qaldığı oriyental rəqqasə Asenanı verilişinə qonaq dəvət edib. Bu görüş 22 il davam edən küsülülüyün sona çatması ilə yadda qalıb və studiyada emosional anlar yaşanıb. Yeni il xüsusi buraxılışında Tatlısəsin başqa bir tanınmış qonağı da olub. Uzun müddətdir küsülü olduğu Yıldız Tilbe ilə yanaşı, illərdir
21:00
Putinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyib
Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı mövqeyini demək olar ki, dəyişməyib. Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Sky Newsyayıb. Məlumata görə, Rusiyanın sülh planını qəbul etmək istəməməsi ABŞ-ın prezidenti Donald Tramp üçün də ciddi sınaq olacaq. Nəşr xatırladır ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Floridada Donald Trampla görüşməlidir. Görüş zamanı müharibənin dayandırılmasına dair 20 maddədən ibarət yeni sülh planının müzakirəsi nəzərdə
20:27
İranda dolların məzənnəsi rekord həddəçatdı
İranda dolların məzənnəsi tarixi maksimumu yeniləyib. Sfera.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Bildirilir ki, dekabrın 28-də dolların məzənnəsi 141 550 tümənə çatıb. Avronun məzənnəsi 164 520, funt sterlinqin məzənnəsi isə 188 540 tümənə çataraq rekordları yeniləyiblər.
19:20
Papa Ukraynaya 100 min hazır şorba göndərdi
Roma Papası XIV Leo Ukraynaya 100 min porsiya hazır şorbadan ibarət üç yük maşını humanitar yardım göndərib. Sfera.az xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb. “Bir az su əlavə edildikdə toyuq və tərəvəz şorbalarına çevrilən yüz min paket”, - məlumatda qeyd olunub.
18:57
İranlı hakerlər İsrail aparat rəhbərinin telefonunu “sındırdı”
İranlı “Handala” haker qrupu İsrail Baş naziri Benyamin Netanyahunun aparat rəhbəri Tzaçi Bravermanın telefonunu “sındırdığını” iddia edib. Sfera.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. “Handala” yazışmaları, maliyyə məlumatlarını və digər məxfi materialları əldə etdiyini deyir. Hakerlər cihazı izləyir və əldə etdikləri bəzi məlumatları dərc etmək niyyətindədirlər”, - məlumatda bildirilib.
16:26
Fransanın kino ulduzu Bricit Bardo vəfat etdi
Fransanın məşhur aktrisası Bricit Bardo 91 yaşında vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə informasiyanı "Agence France-Presse" (AFP) "Bricit Bardot Fondu"na istinadən yayıb. Bardo Fransa və dünya kinosunun ən məşhur ulduzlarından biri, 1950-ci və 1960-cı illərin simvolu olub. O, 28 sentyabr 1934-cü ildə Parisdə Anne-Mari və Luis Bardonun ailəsində anadan olub. Bardo 7 yaşından rəqslə məşğul olub, 13 yaşında Konservatoriya Milli Musiqi və Rəqs Ali Məktəbində təhsil alıb. 14 yaşında ilk
15:23
Rusiyanın Kiyevə hücumu -
2 ölü, onlarla yaralı var
Rusiya ordusunun dekabrın 27-də Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində yaralananların sayı 32-yə çatıb, iki nəfər həlak olub. Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidməti teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, xilasedicilər hücumdan sonra şəhərin bütün ərazilərində xilasetmə işlərini başa çatdırıblar. Son məlumata görə, xəsarət alanlardan 2-si uşaqdır.
13:30
Zelenski Trampdan öncə Avropa liderləri ilə danışıb
Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Trampla görüşdən əvvəl Avropa liderləri ilə danışıb. Sfera.az xəbər verir ki, bu barədə Zelenski özünün Teleqram kanalında məlumat verib. “Hazırkı diplomatik irəliləyişimizi müzakirə etdik. Ukrayna bütün dəstəyə görə minnətdardır. Prezident Trampla görüşümüzdən sonra sabah söhbətimizi davam etdirəcəyik”, - Zelenski bildirib. Qeyd edək ki, bu gün Floridada ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş
12:50
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›