Keçmiş sovet ölkəsi qonşu dövlətlə birləşə bilər
“Moldova Prezidenti Maya Sandunun ölkənin Rumıniya ilə birləşməsinə səs verməyə hazır olması barədə bəyanatı iqtisadiyyatındakı ağır böhrandan çıxmaq üçün Buxarestdən kömək istəmə planları ilə bağlıdır”. Sfera.az xəbər verir ki, bunu Moldovanın sabiq baş naziri Vladimir Filat bildirib. “Amma Moldova olduğu yerdə qalacaq, xəritədə heç bir dəyişiklik olmayacaq”, - o deyib. Maya Sandu bundan əvvəl bəyan etmişdi ki, referendum keçirilsə, Moldova ilə Rumıniyanın birləşməsini dəstəkləyərdi. Prezident