ABŞ İranda qurudan əməliyyat planlaşdırmır – AÇIQLAMA
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Amerika qoşunlarının Yaxın Şərqdə cəmləşdirilməsi Vaşinqtonun İranda quru əməliyyatı planlaşdırdığı anlamına gəlmir. Sfera.az xəbər verir ki, o, Vaşinqtonda jurnalistlərə açıqlamasında qeyd edib ki, ABŞ-nin bölgədəki hərbi mövcudluğu ilə quru əməliyyatı fərqli anlayışlardır: “Bizim İranda quru qoşunumuz yoxdur və belə bir niyyətimizin olduğunu düşünmürəm”. Konqresmenin sözlərinə görə, Vaşinqton Tehranın bölgədə ABŞ hərbi qüvvələrinin