“Putin strateji məğlubiyyətə düçar olur...” – “O, özünü küncə qısnayıb”
Ukraynada tammiqyaslı müharibənin başlanması səbəbilə Rusiya Prezidenti Vladimir Putin tam təcrid və «sürgün» vəziyyətinə düşüb. Əgər o, müharibəni uduzsa, o zaman onun sonu olacaq. Bu fikri rusiyalı politoloq Dmitri Oreşkin «NV» sütununda səsləndirib. «Mənim nəzərimcə, Putin təcrid və «sürgün» vəziyyətindədir. Sosial dəstək planında ölkə daxilində onun üçün vəziyyət normaldır, amma öz dövlətinin hüdudlarından kənarda o, yalnız Türkmənistan kimi ölkələrə gedə bilər. O, beynəlxalq siyasətdə