Özbəkistanda iğtişaşların baş verdiyi yerdə fövqəladə vəziyyət rejimi tətbiq edildi
Kateqoriya məlum deyil
İğtişaşların baş verdiyi Qaraqalpaqıstan ərazisində iyulun 3-dən avqustun 2-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Sfera.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qaraqalpaqıstanda fövqəladə vəziyyət rejimilə bağlı komendant saatı Bakı vaxtı ilə saat 20.00-dan səhər saat 06.00-dək qüvvədə olacaq.






