Sui-qəsdə məruz qalan yazıçı Salman Rüşdi bir gözünü İTİRƏCƏK - Hücum edənin kimliyi BİLİNDİ + FOTO
ABŞ-da hücuma məruz qalan yazıçı Salman Rüşdinin gözünü itirmək ehtimalı var. Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə onun agenti Endryu Uayli məlumat verib. “Xəbərlər pisdir. Salman, çox ehtimal, bir gözünü itirəcək. Qolunda sinirləri kəsilib, bıçaq zərbəsi nəticəsində qaraciyəri zədələnib”, - deyə agent bildirib. Onun sözlərinə görə, Rüşdi süni nəfəs aparatına qoşulub. Qeyd edək ki, britaniyalı yazıçı Salman Rüşdi Nyu-Yorkda səhnədə çıxış edərkən hücuma məruz qalıb. Naməlum şəxs