“Bu halda danışıqlardan söhbət getməyəcək...” - Ukrayna müdafiə naziri

“Bu halda danışıqlardan söhbət getməyəcək...” - Ukrayna müdafiə naziri

“Referendum keçiriləcəyi halda, heç bir danışıqlardan söhbət getməyəcək. Amma sizə demək istəyirəm ki, rusiyalılarla danışıqlar şansı mümkündür. Tərəfdaşlarımız masa arxasında otursalar, bu, mümkün olacaq. Rusiya hələ 2014-cü ildə silahlı münaqişəni dondurmaq şansını əldən verdiyi üçün Ukraynada hərbi əməliyyatlar “Koreya ssenarisi” ilə bitə bilməz. Həmçinin Suriya ssenarisi də mümkün deyil. Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından resursu tükənir. Bizim isə tərəfdaşlarımız var. Bu, kollektiv Qərbdir”.

Bunu Ukrayna müdafiə naziri Oleksiy Reznikov deyib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Kiyevin əks-hücum əməliyyatlarına başlaması savaşın uzun çəkəcəyinə işarədir. Müsahibimiz Reznikovun açıqlamasında Qərbi aparıcı “oyunçu” kimi göstərdiyini vurğulayıb:

 

“Nazir kollektiv Qərbi Kiyevin əsas dayağı kimi təqdim etməklə yanaşı, həm də ABŞ və müttəfiqləri iştirak edəcəyi təqdirdə danışıqlara hazır olduğunu bildirib. Yaxın gələcəkdə sülh mümkün görünmür, lakin danışıqlar ola bilər. Nazirin dediklərindən belə qənaətə gəlmək olar ki, Ukrayna Qərbə, həqiqətən, inanır. Əslində inam üçün əsas var: Kiyevə lazımi dəstək verilir, Moskvaya təzyiq göstərilir. Kiyev bir çox addımlarını ABŞ və müttəfiqlərinin diktəsi ilə atır, başqa cür edə bilməz. Çünki müharibənin taleyi məhz Qərbdən asılıdır. Kollektiv Qərb  silah təminatını dayandırsa, Ukraynanın məğlubiyyəti üçün bir həftə kifayətdir.  Hazırkı situasiya heç bir halda Kiyevin məğlubiyyəti kimi göstərilməməlidir”.

 

Müsahibimiz qeyd edib ki, Reznikovun fikirləri məhz Qərbin "beyninin məhsuludur":

 

“Çox güman, Qərb, xüsusilə ABŞ  danışıqlar prosesində iştirak etmək istəyir. Vaşinqtonun həm Kiyev, həm də Moskva ilə bağlı maraqları var. Hər ikisini idarə olunan duruma salmaq, ikincini həm də iqtisadi baxımdan çökdürmək istəyir. Düşünür ki, danışıqlar prosesində iştirak etsə, buna nail ola bilər. Yaxın zamanda Qərb dövlətlərindən vasitəçiliklə bağlı açıqlamalar verilməsi gözləniləndir. Ancaq nəticəyönümlü danışıqların yaxın zamanda baş tutacağı ağlabatan deyil. Əgər Rusiya və Ukrayna nümayəndələri görüşməlidirlərsə, bu, mütləq Ankaranın vasitəçiliyi baş tutmalıdır. Bu, nəinki tərəflər, bütün dünya üçün daha xeyirli olanıdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Məhkəmə Xoşqədəm Hidayətqızına qadağa qoydu

Ötən ilin dekabrında “Boztəpə” su kanalının İmişli rayonunun Qaragüvəndikli kəndindən keçən hissəsində müəmmalı şəraitdə itkin düşmüş 11 yaşlı Rasim...

"Qarabağ" "Neftçi"ni darmadağın edir - YENİLƏNDİ

Azərbaycan Premyer Liqasının VII turunda təşkil olunan "Qarabağ" - "Neftçi" oyunu başlayıb.   Sfera.az xəbər verir ki, matç saat ...

SOCAR BP ilə memorandum imzaladı

Bu gün Bakıda BP və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR ) arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə ...

Stallone qızları üçün 25 milyon dollarlıq dəbdəbəli malikanə alır - FOTOLAR

78 yaşlı Hollivud aktyoru Silvestr Stallone üç qızı - Sofiya, Sistine və Skarlet üçün dəbdəbəli hədiyyə etmək qərarına gəlib. Sfera.az bildirir ki, məşhur ...

Bu ərazilərdə görmə məsafəsi məhdudlaşacaq

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xid...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...