Qırğızıstan öz ərazisindəki KTMT təlimlərini ləğv etdi
Qırğızıstanın Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkə ərazisindəki “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv edib. Sfera.az TASS-s istinadən xəbər verir ki, məlumata görə, təlimlərin keçirilməsi oktyabrın 10-dan 14-dək Edelveys mərkəzində planlaşdırılıb. Onların ləğvi səbəbləri açıqlanmayıb. Təlimlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb edilməli idi. Qeyd edək ki, KTMT-nin