Logo

Qırğızıstan öz ərazisindəki KTMT təlimlərini ləğv etdi

Qırğızıstan öz ərazisindəki KTMT təlimlərini ləğv etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Qırğızıstanın Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkə ərazisindəki “Sarsılmaz qardaşlıq - 2022” komanda-qərargah təlimlərini ləğv edib.

Sfera.az TASS-s istinadən xəbər verir ki, məlumata görə, təlimlərin keçirilməsi oktyabrın 10-dan 14-dək Edelveys mərkəzində planlaşdırılıb. Onların ləğvi səbəbləri açıqlanmayıb.

Təlimlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb edilməli idi.

Qeyd edək ki, KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri 2012-ci ildən keçirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR