İran Qafanda baş konsulluğu niyə açıb? - Nazir danışdı
Kateqoriya məlum deyil
İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian ölkəsinin Ermənistandakı Qafan şəhərində ilk baş konsulluq açmasından danışıb.
Sfera.az-ın məlumatına görə, nazir bildirib ki, Qafanda baş konsulluq iki ölkə arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə açılıb.
“Bu qərar sayəsində biz yaxın gələcəkdə İran-Ermənistan münasibətlərinin genişlənməsinin və dərinləşməsinin şahidi olacağıq”, - deyə Hüseyn Əmir Abdollahian əlavə edib.
Onun sözlərinə görə, İranın 13-cü hökuməti bölgədə iqtisadi siyasəti gücləndirməyi, Şimal-Cənub tranzit yolunun dinamikliyini hədəf seçib.
Xatırladaq ki, İran Qafanda baş konsulluğu bu ilin avqustunda açıb.






