Reklam
Peşə etikası
Tünd rejim
Açıq rejim
Hesab
Ana səhifə
Cəmiyyət
İqtisadiyyat
Siyasət
Maqazin
Kriminal
Region
Dünya
Maraqlı
Media
Reklam
Peşə etikası
Foto
Gündəm
Hadisə
Sağlıq
YAZARLAR
Təhsil
İdman
Dünya
Beynəlxalq siyasət, regiondakı proseslər, Türkiyə, Rusiya, İran, Avropa və ABŞ-dan son hadisələr.
10 fevral 2023, cümə
Türkiyədə növbəti dəfə zəlzələ baş verdi
Türkiyənin Kahramanmaraş bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib. Sfera.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb. Zəlzələ 4,9 km dərinlikdə qeydə alınıb.
21:51
Türk televiziya tarixində
ilk yaşanacaq
Türk televiziya tarixində bir ilk yaşanacaq. Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Star", "ATV", "FOX", “Show”, "Kanal D", "Tv8", "Kanal 7" telekanalları ortaq yayım edəcəklər. Kanallar fevralın 15-də 21:00-03:00 saat aralığında zəlzələ qurbanları üçün yardım toplayacaq. Qeyd edək ki, "TRT1" kanalının iştirakı isə sabah bəlli olacaq.
21:37
Zəlzələ qurbanlarının kütləvi məzarlığı -
VİDEO
Türkiyənin Adıyaman şəhərində zəlzələ qurbanlarının dəfn prosesi davam edir. Sfera.az Baku TV-yə istinadən xəbər verir ki, videoda 3 mindən çox insanın həyatını itirdiyi Adıyamanda kütləvi məzarlığın qazıldığı əks olunub. Daha ətraflı süjetdə:
21:00
Dünya ulduzları Türkiyəyə dəstək yağdırır
Türkiyəni sarsıdan zəlzələlərdən sonra Selena Qomez, Cennifer Lopez və Şakira kimi dünyaca məşhur ulduzlar Türkiyəyə dəstək verməyə davam edib. Sfera.az bildirir ki, Selena Qomez, Cennifer Lopez və Şakira da daxil olmaqla dünyanın məşhur ulduzları zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib. ABŞ-lı müğənni və aktrisa Selena Qomez 377 milyon izləyicisi olan İnstaqram səhifəsində dağıntılar altından xilas edilən uşağın fotosunu və UNICEF-in yardım kampaniyasının linkini
20:10
“Mercedes-Benz” yenidən fırıldaqçılıqda ittiham olunur
İngiltərə və Uels Ali Məhkəməsi Mercedes-Benz-in dizel avtomobillərinin zərərli emissiyaları ilə fırıldaqçılıqda ittiham edilməsi ilə bağlı işə baxacaq. Sfera.az bildirir ki, “Mercedes-Benzə ona qarşı bütün ittihamları rədd edir. Şirkət bildirib ki, emissiya testlərindən keçmək üçün dizel avtomobillərinə qeyri-qanuni qurğular quraşdırmayıb. Ali Məhkəməyə alman istehsalçısı avtomobil sahiblərindən 330 mindən çox təzminat tələbi ilə üzləşdiyi bildirilib. İddia edilir ki, şirkət müştəriləri
19:35
Hatayda zəlzələdə dağılan binanın
podratçısı saxlanıldı
Türkiyənin Hatay şəhərində zəlzələ nəticəsində dağılan “Rönesans Residence”in podratçısı xaricə qaçmaq istəyib. Sfera.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Onun İstanbul Hava Limanında saxlanıldığı bildirilib.
19:23
Ərdoğan TƏLİMAT VERDİ:
“Zəlzələ baş vermiş ərazilərdə..."
“Zəlzələ fəlakətlərini əvvəllər də yaşamışıq”. Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda çıxışı zamanı deyib. O bildirib ki, artıq lazımi təlimatlar verilib: “Yenidənqurma işləri sürətlə başlayacaq. Bir tərəfdən də dağıntıları aradan qaldırmağa çalışırıq".
16:59
Hatayda daha bir MÖCÜZƏ:
3 yaşlı Zeynəb 103 saatdan sonra dağıntılar altından çıxarıldı -
VİDEO
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində yaranan dağıntılar altından 103 saatdan sonra üç yaş yarımlıq Zeynəb Ela adlı qızcığaz xilas edilib. Sfera.az bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Həmin görüntüləri təqdim edirik:
15:59
"Biz başlamamışıq..."
- Putin Ukraynadakı müharibəni bitirmək istədiyini elan etdi
“Rusiya Ukraynada davam edən müharibəni dayandırmağa çalışır”. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin məlumat verib. O, 2014-cü ildən başlayan müharibəni bitirməyə çalışdığını deyib. “Bir daha demək istəyirəm: biz heç bir müharibəyə başlamamışıq, onu bitirməyə çalışırıq. Bu müharibə 2014-cü ildə Ukraynada millətçilər və onların tərəfdarları tərəfindən dövlət çevrilişi həyata keçirildikdən sonra başlayıb. Hər şey bundan başladı, ondan sonra Krımda və
14:40
Türkiyədə zəlzələdən neçə bina ziyan görüb? -
Sığorta zərəri qarşılaya bilməyəcək
Türkiyə Təbii Fəlakət Sığortaları Təşkilatının (DASK) baş direktoru Selva Erenin zəlzələdən zərər görmüş binaların təxmini sayını açıqlayıb. Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Təbii Fəlakət Sığortaları Təşkilatı indiyə qədər 30 mindən çox binanın zərər gördüyünü iddia edib. S.Eren bu iddiaların dəqiq olub-olmamasını ekspertlərin müəyyən edəcəyini söyləyib. DASK sığorta ödənişləri üçün ümumilikdə 117 milyard lirəyə (6,22 milyard dollar) sahibdir. Bu qədər vəsaitlə iddia
14:24
Şoyqu gedir?
- “Putinin belə qərar verəcəyini düşünmürəm”
ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiyanın müdafiə naziri Sergey Şoyqunun vəzifəsindən azad edilə biləcəyini iddia edir. Səbəb kimi ordudakı çatışmazlıqlar, təchizat və digər məsələlər göstərilir. Maraqlıdır, bu iddia nə dərəcədə realdır? Bu ehtimal reallaşarsa, Şoyqunu kim əvəzləyə bilər? Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Tofiq Abbasov bu tip məlumatların yayılmasında xüsusi məqsədinin olduğunu düşünür: “Bu qəbildən olan proqnoz və araşdırmalar çox vaxt özünü
12:18
ABŞ zəlzələyə görə Suriyaya qarşı sanksiyaları yumşaltdı
ABŞ Xəzinədarlığı bu həftənin əvvəlində Suriya-Türkiyə sərhədi yaxınlığında baş vermiş zəlzələdən sonra Suriyaya qarşı sanksiyaları yumşaldıb. Sfera.az dünya mediasına istinadən xəbər verir ki, ABŞ bərpa səyləri üçün müəyyən əməliyyatların aparılmasına icazə vermək məqsədilə Suriyaya qarşı bir neçə aylıq sanksiyaların yumşaldıldığını bildirib. Xəzinədarlıq katibinin müavini Uolli Adeyemo, ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyaların “Suriya xalqının həyatını xilas etmə səylərinə mane
11:27
Türkiyədə zəlzələdə həlak olanların sayı
18 300-ü keçdi
Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb. Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb. Zəlzələdən sonra bölgədə 1509 afterşok qeydə alınıb.
10:35
Zəlzələnin ən qorxulu videosu -
ANBAAN GÖRÜNTÜLƏR
Türkiyənin Kahramanmaraş şəhərində baş verən dəhşətli zəlzələnin daha bir görüntüsü yayılıb. Sfera.az xəbər verir ki, Türkiyə mediası bu görüntüləri "Zəlzələnin ən qorxulu videosu” kimi təqdim edib. Videodan aydın görünür ki, 6 fevral saat 4:17-də yer yerindən oynayıb.
09:55
Türkiyəli aparıcı zəlzələ ilə bağlı bu çıxışından sonra istefa verdi
- VİDEO
Türkiyənin “Show TV” telekanalının aparıcısı Dilara Gönder istefa verib. Sfera.az xəbər verir ki, o, bu barədə instaqram hesabında paylaşım edib. Aparıcı çətin də olsa, istefa verdiyini açıqlayıb. Qeyd edək ki, tanınmış aparıcı zəlzələ ilə bağlı telekanaldakı son çıxışı ilə gündəm olmuşdu. Həmin çıxışın videosunu təqdim edirik:
09:15
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı
17 674 nəfərə çatdı
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 674 nəfərə çatıb. Sfera.az-ın xəbərinə görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib. Onun sözlərinə görə, yaralananların sayı isə 72 879 nəfərdir.
01:30
Məşhur aparıcının qohumları da
zəlzələdə həlak oldu
Türkiyəli aparıcı-aktrisa Zuhal Topalın qohumları da dəhşətli zəlzələnin qurbanı olub. Sfera.az Axsam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb. Aparıcı dayısı və onun övladının dağıntılar altında qalaraq həlak olduğunu bildirib. Qeyd edək ki, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər ölüb.
01:00
Zəlzələdə çökən binanı tikən ustadan
ŞOK AÇIQLAMA - VİDEO
Türkiyədə dəhşətli zəlzələ nəticəsində baş verən dağıntılar altında qalanların xilas edilməsi prosesi davam edir. Hələ də, bir çox uçan binanın altında çoxsaylı insanların qaldığı bildirilir. Sfera.az xəbər verir ki, baş verən güclü zəlzələdə daha çox binanın dağılmasının səbəbi isə müzakirə olunmaqdadır. Bir çoxları həmin binaların keyfiyyətsiz tikinti matreallarından istifadə edildiyi üçün dağıldığını bildirir. Malatyada dağılan bir binanın 15 il əvvəl tikildiyi məlum olub. Tikinti zamanı
00:30
9 fevral 2023, cümə axşamı
Bill Gates Milyonerin keçmiş həyat yoldaşı ilə görüşür -
FOTO
Bu yaxınlarda həyat yoldaşı Melinda Qeytsdən boşanan 67 yaşlı Bill Qeyts indi “Oracle” şirkətinin mərhum baş direktoru Mark Hurdun dul həyat yoldaşı Paula Hurdla görüşür. Sfera.az bildirir ki, hazırda dünyanın altıncı ən varlı adamı olan Microsoft rəhbərinin bir ildən artıqdır ki, 60 yaşlı Paula Hurd ilə görüşdüyü haqda xəbərlər yayılıb. Paulanın həyat yoldaşı 2019-cu ilin oktyabrında xərçənglə mübarizə apardıqdan sonra 62 yaşında vəfat edib. O, 2005-2010-cu illər ərzində “Hewlett-Packard”a
22:36
Dünya liderlərinin xanımlarından
Əminə Ərdoğana başsağlığı mesajları
İspaniyanın baş naziri Sançesin həyat yoldaşı Fernandez, Ukrayna prezidenti Zelenskinin həyat yoldaşı Yelena Zelenski, İordaniya kraliçası Raniyə əl-Abdullah və Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğana telefonla zəng edərək başsağlığı veriblər. Sfera.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva Əminə Ərdoğanla telefonla danışıb və ona
22:28
Məşhur ABŞ pianoçusu vəfat
ETDİ
Amerikalı pianoçu və bəstəkar, üç dəfə Oskar mükafatı laureatı Bert Bakarak 94 yaşında vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb. Agentliyin məlumatına görə, o, fevralın 8-də Los-Ancelesdəki evində dünyasını dəyişib. Xatırladaq ki, Bakarak Britaniyanın BBC Yayım Korporasiyasına görə, 20-ci əsrin ən yaxşı bəstəkarlarından biri olub.
22:06
"Heç bir vətəndaşımızı sahibsiz qoymayacağıq" -
TÜRKİYƏ PREZİDENTİ
Zəlzələ bölgələrinə səfərlərini davam etdirən prezident Rəcəb Tayyib Ərdoğan Kilisdəki xəstəxanada müalicə alan zəlzələ qurbanlarını ziyarət edib, onlara şəfa diləyib. Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, dövlət başçısı Kahramanmaraşda baş verən dəhşətli fəlakətdən zərərçəkən bütün vətəndaşlara yardımlar göstəriləcəyini bildirib. "Bu coğrafiyanın tarixdə görmədiyi ən böyük zəlzələ fəlakəti ilə üzləşdik. Kilis də bu fəlakətdən zərər çəkən şəhərlərimizdən biridir. Təəssüf ki, çox
21:57
Məşhur basketbolçudan Türkiyəyə dəstək
Türkiyənin milli basketbolçusu Furkan Korkmazın zəlzələdən zərərçəkənlər üçün başlatdığı yardım kampaniyasına komanda yoldaşı, “Filadelfiya 76ers”in oyunçusu Ceyms Harden də qoşulub. Sfera.az xəbər verir ki, bu haqda Furkan tviter hesabından məlumat paylaşıb. Korkmaz açıqlamasında “Hardenlə də danışdım. O, bizim dərdimizə şərik olduğunu və nə lazımdırsa etmək istədiyini bildirdi. Onun imzalı formasını da hərracla satışa çıxarırıq. Əldə olunacaq gəlir zəlzələ bölgəsində istifadə etmək üçün Ahbap
21:29
Məşhur beşəm ailəsi məhv oldu, yalnız o sağ qaldı -
FOTOLAR
Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə daha bir ailə həlak olub. 6 uşaqları olan Hüseyn Huyluoğlu və həyat yoldaşı Merve Huyluoğlu 5 övladları ilə birlikdə Hataydakı dağıntılar altında qalıblar. Sfera.az xəbər verir ki, ailədən geriyə sadəcə beşəmlərdən biri, Məhəmməd adlı körpə qalıb. Belə ki, 2020-ci ildə koronavirus epidemiyası səbəbilə beşəmləri ilə Səudiyyə Ərəbistanında təcrid olan Huyluoğlu ailəsi Türkiyəyə gətirilmişdi. Lakin onlar qorxunc epidemiyadan qurtulmağa çalışarkən 3 il
20:45
Daha Çox Yüklə
‹ Əvvəlki səhifə
Növbəti səhifə ›