"Biz başlamamışıq..." - Putin Ukraynadakı müharibəni bitirmək istədiyini elan etdi
Kateqoriya məlum deyil
“Rusiya Ukraynada davam edən müharibəni dayandırmağa çalışır”.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin məlumat verib.
O, 2014-cü ildən başlayan müharibəni bitirməyə çalışdığını deyib.
“Bir daha demək istəyirəm: biz heç bir müharibəyə başlamamışıq, onu bitirməyə çalışırıq. Bu müharibə 2014-cü ildə Ukraynada millətçilər və onların tərəfdarları tərəfindən dövlət çevrilişi həyata keçirildikdən sonra başlayıb. Hər şey bundan başladı, ondan sonra Krımda və Donbasda hadisələr baş verdi”, - Putin Rusiya aviasiya sənayesinin nümayəndələri ilə görüşündə deyib.
Əzizə Zeynal






