Bill Gates Milyonerin keçmiş həyat yoldaşı ilə görüşür - FOTO

Bill Gates Milyonerin keçmiş həyat yoldaşı ilə görüşür - FOTO

Bu yaxınlarda həyat yoldaşı Melinda Qeytsdən boşanan 67 yaşlı Bill Qeyts indi “Oracle” şirkətinin mərhum baş direktoru Mark Hurdun dul həyat yoldaşı Paula Hurdla görüşür.
 

Sfera.az bildirir ki, hazırda dünyanın altıncı ən varlı adamı olan Microsoft rəhbərinin bir ildən artıqdır ki, 60 yaşlı Paula Hurd ilə görüşdüyü haqda xəbərlər yayılıb.


Paulanın həyat yoldaşı 2019-cu ilin oktyabrında xərçənglə mübarizə apardıqdan sonra 62 yaşında vəfat edib. O, 2005-2010-cu illər ərzində “Hewlett-Packard”a rəhbərlik edib, cinsi qısnama qalmaqalı ilə ayrılıb və bir ay sonra “Oracle”a qoşulub.
 

Paula, tədbir planlayıcısı və xeyriyyəçidir. Onlar bu yaxınlarda Avstraliyanın Melburn şəhərində Bill ilə birlikdə Avstraliya Açıq çempionatında kişilər arasında finalda iştirak ediblər. Sonra Sidneydə görülüblər.
 

Geyts və Hurdların ümumi tennis sevgisi əsasında dostluq etməyə başladıqları deyilir. Onlar tez-tez ölkə klubunda birlikdə tennis oynayıblar. Paula 25 ildir evlidir. Onun iki yetkin qızı var. Həyat yoldaşının ölümündən sonra ona 500 milyon dollar dəyərində sərvətinin miras qaldığı iddia edilir.
 

Bill Qeyts 27 il Melinda Qeytslə evli olub, Onların boşanmaları 2021-ci ilin avqustunda yekunlaşıb. Üç övladları var: 26 yaşlı Cennifer, 23 yaşlı Rori və 20 yaşlı Fibi.


Geyts bu yaxınlarda verdiyi müsahibədə boşandıqdan sonra yeni münasibətə açıq olduğunu etiraf etmişdi.
 

Yenidən eşq tapmaq istəyib-istəmədiyini soruşduqda o, “Əlbəttə, robot deyiləm” deyə cavab verib.
 

Melinda Qeyts isə öz növbəsində Billdən boşanmasının çox ağrılı olduğunu deyib və izah edib ki, sadəcə daha bu evlilikdə qala bilməzdim.


O, həmçinin 2021-ci ildə ərinin 2000-ci ildə Microsoft işçisi ilə münasibətinin onların evliliklərindəki etimadı məhv etdiyini söyləyib.
 

Evliliyi dağılanda yerdə necə hönkür-hönkür ağladığını, heç vaxt münasibətlərinin boşanma ilə bitəcəyini düşünmədiyini təsvir edib.
 

Cütlüyün boşanması Amerikada 38,3 milyard dollar ilə, Makkenzi və Ceff Bezosun boşanmasından sonra ikinci ən bahalı boşanma hesab olunur.

 

Aynil


OXŞAR XƏBƏRLƏR