Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sayı 20-yə çatıb

Xocalı soyqırımını tanıyan ABŞ ştatlarının sayı 20-yə çatıb
ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq, Xocalı qətliamının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevralıXocalını Anma günü olaraq tanımağa və yad etməyə çağırıb. 
 
Bu barədə APA-ya Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib. Baş Konsulluğa daxil olan sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib. 
 
Bu bəyanat, Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. S. Bulok bəyanatda bildirir: "Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla, münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.   
 
Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada Xocalını Anma günü elan edildiyi vurğulanır. 
  
Qeyd edək ki, bu sənədlə ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb. 

OXŞAR XƏBƏRLƏR

Bloqqer cərrahdan bərbad karyera üçün milyonlarla pul tələb edir - FOTO

Böyük Britaniyadan olan gözəllik bloqqeri Danielle Mansutti cərrahı məhkəməyə verərək ondan 1,7 milyon funt-sterlinq təzminat tələb edir.   Sfera.az bi...

Qadın lotereyada 2,5 milyon dollar qazandı: Kasıba verdiyi gödəkçənin cibində getdi

ABŞ-ın Pensilvaniya ştatında yaşayan 76 yaşlı Mildred Simoneriluto lotereyada 2,5 milyon dollar qazanıb. Lakin lotoreya bileti təsadüfən onun xeyriyyə təşkilatı...

Ustalar tikinti zamanı divarın altında qızıllarla dolu xəzinə tapdılar - FOTO

Fransada “Dordon” departamentinin bərpa işləri zamanı qızıl və almazdan ibarət xəzinə tapılıb. Zərgərlik əşyaları qədim daş divarın altında gizlədil...

Qeyri-adi doğuş: 4 aylıq fərqlə doğulan əkizlər - FOTOLAR

Körpələrdən biri ABŞ-da surroqat ana ilə, digəri isə gözlənilməz və təbii hamiləlikdən sonra dünyaya gəlib.   Bu qeyri-adi hekayə itki ilə başlayıb. 20...

Qadın 10 ildir özünə heç nə almır: Puldan tamamilə imtina edib

Joe Nemethin (Co Nemet) stabil maaşı, ipoteka krediti və maşını yoxdur. O, on ildir ki, yeni heç nə almır və nadir hallarda alış-verişə gedir. Bununla belə, o, ...

İran hava məkanını bağlayır - Ordu döyüş vəziyyətinə gətirilir

İran hakimiyyəti hava məkanını bağlamaq və ordunu döyüş hazırlığı vəziyyətinə gətirmək barədə qərar qəbul edib.   Sfera.az xəbər verir ki, bu ba...