Logo

Zaxarova NATO-nu ittiham etdi

Zaxarova NATO-nu ittiham etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO-nun Avropanın və bütövlükdə dünyanın təhlükəsizliyinə mənfi təsir göstərdiyini iddia edib.

Sfera.az xəbər verir ki, diplomat bu barədə Almaniya kansleri Fridrix Mertsin NATO-nun təhlükəsizlik arxitekturasındakı rolu ilə bağlı açıqlamasını şərh edərkən danışıb. Onun fikirlərini TASS yayıb.

Zaxarovanın sözlərinə görə, NATO Avropanın, xüsusilə də Qərbi və Mərkəzi Avropanın, eləcə də dünyanın “immunitetini zəiflədir”.

Diplomat Alyansı xəstə dişə bənzədərək bildirib ki, təşkilat təhlükəsizlik problemlərinə reaksiya vermək üçün nəzərdə tutulan böyük həcmdə resursları özünə yönəldib.

Qeyd edək ki, bundan əvvəl Rusiyada ABŞ-ın NATO-dan narazılığı ilə bağlı müzakirələr aparılmışdı. Zaxarova Qrenlandiya məsələsinin Vaşinqtonun istədiyi ssenari üzrə həll olunmadığını, ABŞ-ın dəstəyə ehtiyac duyduğu vaxt isə Alyansın ona kömək etmədiyini iddia etmişdi.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR