Logo

371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi

371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniyalı yazıçı Koral Hart süni intellektdən (AI) istifadə etdiyini açıqladıqdan sonra təhqir və ölümlə hədələrlə üzləşib.

Sfera.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Hart süni intellektdən əsərlərinin yazılmasında fəal istifadə etdiyini gizlətməməyə başlayıb. Məlum olub ki, o, 20 ay ərzində müxtəlif təxəllüslərlə 371 roman yazıb. Bu açıqlamadan sonra yazıçı ədəbiyyat tənqidçilərinin, həmkarlarının və özünü aldadılmış hesab edən oxucuların sərt reaksiyası ilə qarşılaşıb.

Koral bildirib ki, süni intellektdən istifadə etdiyini etiraf edən şəxslər dərhal təhqirlərə və hətta ölüm təhdidlərinə məruz qalırlar. Onun fikrincə, bu qəzəbin arxasında insanların süni intellekt qarşısında duyduğu qorxu dayanır.

Qeyd edək ki, 2026-cı ilin iyulunda süni intellekt şirkətlərinin modellərin təlimi üçün milyonlarla kitabı skan etdikdən sonra məhv etməsi məsələsi də gündəmə gəlmişdi. “Anthropic” şirkətinin müəllif hüquqları ilə qorunan kitabların pirat nüsxələrindən istifadə etməsi ilə bağlı məhkəmə prosesi zamanı texnologiya şirkətlərinin süni intellekt modellərini öyrətmək üçün çap kitabları aldığı, daha sonra isə həmin kitabları məhv etdiyi məlum olmuşdu.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR