“Merts Avropanın Ukraynaya dəstəyi ilə bağlı tamaşa qurur”
Almaniya kansleri Fridrix Mertsin Avropa ölkələrini Ukraynaya yardım etməyə çağırması Kiyevin maliyyələşdirilməsi ilə bağlı yaranmış vəziyyəti ört-basdır etmək cəhdidir.
Sfera.az bildirir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski “Telegram” kanalında yazıb.
Deputat bildirib ki, hazırda Ukraynanın müharibəni davam etdirməsi üçün maliyyə ala bilməməsinə görə günahkar axtarılır.
Onun sözlərinə görə, Avropa liderləri Kiyevin artıq məğlubiyyətlə üzləşdiyini anlayır və münaqişədən öz nüfuzlarını qoruyaraq çıxmağa çalışırlar. Dubinski hesab edir ki, məhz buna görə Avropa ölkələri Mertsin çağırışlarına baxmayaraq, Ukraynaya yardım etmək istəmirlər.
Xatırladaq ki, daha əvvəl Fridrix Merts Avropa İttifaqına üzv ölkələrin hamısı Kiyevin maliyyələşdirilməsinə dair öhdəlik götürməsə, 2028–2034-cü illəri əhatə edən Aİ büdcə layihəsini bloklamaqla hədələmişdi.
İnci
Sfera.az






