Türkiyə üçün tələ - Putin intiqam andı içib
Rusiya prezidenti Vladimir Putin Türkiyəni tələyə çəkmək istəyir.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin "Habertürk” saytının yazarı Soli Özel bildirib.
Onun sözlərinə görə, qatıldığı bütün beynəlxalq toplantılarda rusiyalı alimlər Putinin Türkiyəni tələyə salmaq istədiyini söyləyiblər.
"Rusiya lideri Su-24-ün vurulmasının əvəzində heç olmasa bir türk təyyarəsini vurmaq istəyərdi. Türkiyə Suriyada quru əməliyyatlarına başlamaqla Putinə axtardığı fürsəti qızıl nimçədə təqdim edəcək. Rusiya prezidentinin Türkiyə ilə bağlı məqsədi yalnız vurulan təyyarənin intiqamını almaqdan ibarət deyil. Putin Türkiyənin indiki hökumətini zəiflətmək üçün hər şeyi etməyə hazırdır”, - türkiyəli analitik qeyd edib.
Onun sözlərinə görə, Hələb rejimin əlinə keçmədən Suriyada atəşkəsə nail olmaq mümkün olmayacaq.