Vahid Ələkbərovun adamı belə öldürüldü-VİDEO

Vahid Ələkbərovun adamı belə öldürüldü-VİDEO
Moskvada "Lukoil” neft şirkətinin baş podratçısı "Master-Neft” şirkətinin rəhbəri Şalva Şalyaxov öldürülüb. Bu hadisə ötən gün dekabrın 29-da gecə baş verib.

Sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib. Hadisə gecə yarısını keçmiş baş verib.

Şalyaxov "Master-Neft” şirkəti ilə yanaşı "Kit-Servis”, "Uqra-Steklo”, "Rusekooil”, "Yunionstroy, "Profstroy”, "Nefteqazinjinirinq” şirkətlərinin də təsisçisidir.
 
 Hüquq-mühafizə orqanları qətlin üstünü tezliklə açıblar. Bildirilir ki, 61 yaşlı biznesmenin qətli məişət zəminində törədilib. Şübhəli şəxs qismində onun arvadının sevgilisi tutulub.

"Qətl məişət xarakteri daşıyır və mahiyyətcə biznesmenin uşağın dünyaya gəlməsindən sonra arvadı ilə maliyyə münaqişəsinin nəticəsidir”-hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Rusiya İstintaq Komitəsinin Moskva idarəsində şübhəlinin tutulmasını təsdiqləyiblər. Açıqlanıb ki, həmin şəxs 1985-ci ildə anadan olub, hazırda dindirilir. Tezliklə ona ittiham elan ediləcək.

Saxlanılan şəxs hadisənin baş verdiyi ərazidə videomüşahidə kameralarına düşüb. Kadrlara əsasən Şalyaxov gənc arvadı ilə binaya daxil olur, bir neçə saniyə sonra panika içərisində küçəyə qaçır. Bu zaman onun arxasınca qara gödəkçəli şübhəli şəxs binadan çıxıb qaçır.Virtualaz.org




OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....