Logo

Nigeriyada gəmi qəzası - Azı 50 nəfər həlak oldu

Nigeriyada gəmi qəzası - Azı 50 nəfər həlak oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nigeriyanın cənubundakı Bayelsa ştatında sərnişin gəmisinin batması nəticəsində azı 50 nəfər həlak olub.

Sfera.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Gəmi Niger deltasında batıb. Gəmi neçə gün əvvəl bölgədə baş verən oxşar fəlakət qurbanlarının dəfn mərasiminə insanları aparırdı.

İlkin məlumatlara görə, gəmidə təxminən 300 nəfər olub, onlardan 24-ü xilas edilib. 50-dən çox cəsəd tapılaraq morqlara göndərilib, qalan sərnişinlərin taleyi hələ də məlum deyil.

Mütəxəssislər faciənin gəminin həddindən artıq yüklənməsi nəticəsində baş verə biləcəyini düşünürlər./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR