Logo

İran Hörmüz boğazında hərbi əməliyyat keçirib

İran Hörmüz boğazında hərbi əməliyyat keçirib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gecə İran Hörmüz boğazında qaydaları pozan gəmiləri və ABŞ təyyarələrini hədəf alaraq müdafiə əməliyyatı reallaşdırıb.

Sfera.az xəbər verir ki, bu barədə İranın dövlət yayım təşkilatı hərbi mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, son 24 saat ərzində İran tərəfindən ən gərgin və çoxşaxəli hücum əməliyyatı aparılıb. Əməliyyat Hörmüz boğazından keçərkən qaydaları pozan gəmilərə, eləcə də ABŞ təyyarələrinə qarşı yönəldilib.

ABŞ Mərkəzi Komandanlığının İranın boğaz üzərindəki nəzarətini pozmaq məqsədilə hazırladığı kompleks ssenarilər zərərsizləşdirilib. ABŞ-nin qırıcı təyyarələr və hərbi gəmilərin müşayiəti ilə tankerlərin karvanlar şəklində hərəkətini təmin etmək planı uğursuzluğa düçar olub./Teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR