Logo

Enerji bazarında yeni maraqlar: ABŞ, Rusiya və Çin nəyi hədəfləyir?

Enerji bazarında yeni maraqlar: ABŞ, Rusiya və Çin nəyi hədəfləyir?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çində keçirilən üçtərəfli görüşün yekununda qəbul edilən bəyannamədə enerji təchizatının sabitliyinin qorunması, emal olunmuş neft məhsullarının istehsalının və tədarükünün artırılması məsələsi xüsusi yer alıb. Bu yanaşma qlobal enerji bazarında artan tələbat, qiymət dəyişkənliyi və böyük dövlətlərin enerji təhlükəsizliyi ilə bağlı maraqları fonunda diqqət çəkir.

Rusiya enerji resurslarının ixracını artırmaqla müharibə şəraitində iqtisadi və maliyyə imkanlarını qorumağa, Çin artan enerji tələbatını daha əlverişli şərtlərlə qarşılamağa, ABŞ isə daxili enerji bazarında yaranan çətinlikləri azaltmağa çalışır.

Belə bir şəraitdə üç ölkənin enerji təchizatının sabitliyi və neft məhsullarının istehsalının artırılması ilə bağlı ortaq mövqedən çıxış etməsi hansı siyasi və iqtisadi məqsədlərə xidmət edir? Bu əməkdaşlıq qlobal enerji bazarında qüvvələr nisbətinə necə təsir göstərə bilər?

Bununla bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, enerji resursları ilə bağlı məsələlər həm ABŞ-nin, həm Rusiyanın, həm də Çinin birbaşa maraq dairəsindədir.

Onun sözlərinə görə, hazırda hər üç dövlətin enerji sahəsində özünəməxsus problemləri və bu problemləri aradan qaldırmaq üçün fərqli hədəfləri var:

“Rusiya enerji resurslarını dünya bazarlarına çıxarmaqla maliyyə gəlirlərini artırmağa çalışır. Çünki enerji ixracından əldə olunan vəsait Ukraynada davam edən müharibənin maliyyələşdirilməsi və ordunun təminatı üçün əsas gəlir mənbələrindən biridir. Bu baxımdan Moskva enerji məhsullarının ixrac həcmini mümkün qədər genişləndirməkdə maraqlıdır”.

Enerji bazarında yeni maraqlar: ABŞ, Rusiya və Çin nəyi hədəfləyir?

Çinə gəldikdə isə ekspert bildirib ki, enerji resurslarının əsas idxalçılarından biri olan Pekin neft emalının və neft məhsullarının istehsalının artırılmasını vacib hesab edir. E.Xalidbəyli qeyd etdi ki, bu, ölkənin enerji tələbatının qarşılanması, məhsulların daha əlverişli qiymətlərlə əldə edilməsi və təchizatın davamlılığının təmin olunması baxımından əhəmiyyətlidir.

“ABŞ-nin da bu məsələdə öz maraqları var. Tramp administrasiyası ölkənin enerji bazarında yaranan çətinliklər fonunda dünya bazarlarına daha çox enerji resursunun çıxarılmasında maraqlıdır. Bu baxımdan Rusiyanın enerji sektorunda istehsal və emal imkanlarının genişlənməsi də Vaşinqtonun diqqətində olan məsələlərdəndir.

Üç ölkə liderinin enerji məsələsində ortaq mövqeyə yaxınlaşması təsadüfi deyil. Hər biri bu əməkdaşlıqdan öz iqtisadi və strateji maraqları naminə yararlanmağa, mövcud enerji problemlərini özünə sərf edən istiqamətdə həll etməyə çalışır”, - o bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR