Logo

COP31-də mühüm razılaşma əldə olundu

COP31-də mühüm razılaşma əldə olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Antalya şəhərində davam edən COP31 çərçivəsində okean və dənizlərin mühafizəsi, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan “Antalya Okeanlar və Dənizlər Razılaşması” əldə olunub.

Sfera.az xəbər verir ki, sənəd okean əsaslı iqlim təşəbbüslərinin həyata keçirilməsini sürətləndirməyi, maliyyə imkanlarına çıxışı yaxşılaşdırmağı və ölkələr arasında əməkdaşlığı genişləndirməyi hədəfləyir.

Razılaşmada okeanların istiləşməsi, çirklənmə, dəniz səviyyəsinin yüksəlməsi və biomüxtəlifliyin azalmasının yaratdığı risklərə diqqət çəkilir. Bu problemlərin aradan qaldırılması üçün dəniz ekosistemlərinin qorunması, elmi tədqiqatların və erkən xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi vacibliyi vurğulanır.

Sənəddə, həmçinin 2030-cu ilədək sahilyanı və dəniz ərazilərinin azı 30 faizinin mühafizəsini nəzərdə tutan “30×30” təşəbbüsünə dəstək ifadə olunur. Razılaşma mövcud beynəlxalq təşəbbüslərin əlaqələndirilməsini və iqlim maliyyələşməsinə çıxışın asanlaşdırılmasını da nəzərdə tutur./axar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR