Logo

Krım körpüsündə qatarların hərəkəti bərpa olundu

Krım körpüsündə qatarların hərəkəti bərpa olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukraynanın hücumundan sonra hərəkətin dayandırıldığı Krım körpüsündə qatarların hərəkəti bir xətt üzrə yenidən bərpa edilib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, körpünün bir xətti ilə qatarların hərəkətinə icazə verilib, digər xəttdə isə təmir işləri davam etdirilir.

Moskva–Kerç və Adler–Kerç istiqamətləri üzrə qatarların hərəkəti bərpa olunub. Sankt-Peterburq və Moskvadan yola düşən digər qatarların da yaxın vaxtlarda Kerçə çatdırılması nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, Kerçdən Rusiyanın əsas ərazisinə qatar reysləri, eləcə də Krımdaxili avtobus marşrutları planlaşdırılmış qrafik üzrə təşkil olunacaq. Gecikən qatarların sərnişinlərinə ərzaq və zəruri xidmətlər göstərilir. Əlavə qatar reyslərinin təşkili istiqamətində də işlər aparılır.

Kremlin sözçüsü Dmitri Peskov isə körpünün zədələndiyini təsdiqləyib. O bildirib ki, təmir işlərinin qrafiki hazırlanacaq və körpünün əvvəlkindən daha yaxşı vəziyyətə gətiriləcəyinə şübhə yoxdur.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR