Logo

Hörmüz boğazında daha bir təhlükəli insident qeydə alındı

Hörmüz boğazında daha bir təhlükəli insident qeydə alındı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) gecə saatlarında Hörmüz boğazının cənub hissəsində iki neft tankerinin dəniz minalarına dəyməsi nəticəsində yanğın baş verdiyini açıqlayıb.

SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata görə, sözügedən tankerlər naviqasiya və avtomatik identifikasiya sistemlərini (AIS) söndürərək boğazdan icazəsiz marşrutla gizli şəkildə keçməyə cəhd göstəriblər.

Bildirilir ki, minalara toxunduqdan sonra tankerlərdə güclü partlayış və yanğın meydana gəlib. Hazırda hər iki neft tankeri SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarəti altındadır. Gəmilərin dəniz hərəkətini idarəetmə mərkəzinin xəbərdarlıqlarına əməl edərək Fars körfəzi istiqamətində geri qayıtdığı qeydə alınıb.

Xatırladaq ki, ABŞ-nin iyulun 8-də hücumlarını bərpa etməsindən sonra İran iyulun 12-də Hörmüz boğazını yenidən bağladığını bildirmişdi. Tehran rəsmi olaraq təyin olunmuş marşrutdan yayınan və icazəsiz keçid etməyə çalışan gəmilərin hədəfə alınacağı barədə xəbərdarlıq etmişdi.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR