Logo

BMT-dən xəbərdarlıq: 45 milyon insan aclıq təhlükəsi ilə üz-üzə qala bilər

BMT-dən xəbərdarlıq: 45 milyon insan aclıq təhlükəsi ilə üz-üzə qala bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

BMT ABŞ və İranı Hörmüz boğazından gübrə daşınmasına dərhal icazə verməyə çağırıb. Təşkilat xəbərdarlıq edib ki, təchizatın dayanması dünyanın ən həssas ölkələrində milyonlarla insanı aclıq və yoxsulluq təhlükəsi ilə üz-üzə qoya bilər.

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Layihə Xidmətləri Ofisinin (UNOPS) rəhbəri Xorxe Moreyra da Silva noyabrın 14-də Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim konfransında bildirib. Məlumatı AFP yayıb.

Onun sözlərinə görə, tərəflər münaqişənin həlli ilə bağlı danışıqları davam etdirməli, eyni zamanda gübrə daşımalarının bərpası üçün təcili müvəqqəti tədbirlər görməlidirlər.

BMT rəsmisi gübrə ilə yüklənmiş gündəlik beş gəminin boğazdan keçməsinin vacibliyini vurğulayıb. O, həll yolunun təcili, məhdud müddətli və məhdud həcmli olmasını təklif edib.

Məlumata görə, fevralın sonunda İrana qarşı ABŞ və İsrailin birgə hücumlarından sonra Tehran strateji əhəmiyyətli Hörmüz boğazını bağlayıb. Bu, regionda və ondan kənarda gəmiçilik fəaliyyətində ciddi problemlərə səbəb olub. İran limanlarına tətbiq edilən ABŞ blokadası isə vəziyyəti daha da ağırlaşdırıb.

BMT nümayəndəsinin bildirdiyinə görə, münaqişədən əvvəl dünya üzrə gübrə tədarükünün təxminən üçdə biri Hörmüz boğazından keçirdi. Məhdudiyyətlərdən sonra gübrələrin qiyməti 30 faiz artıb.

Böhranın təsirləri xüsusilə Mozambik, Keniya, Sudan, Somali, Nepal, Banqladeş və Şri-Lanka kimi ölkələrdə hiss olunur. Sudanda son altı ayda ərzaq qiymətləri iki dəfə artıb, Nepalda isə fermerlər gübrə almaqda çətinlik çəkirlər.

Moreyra da Silva xəbərdarlıq edib ki, gübrə çatışmazlığı səbəbindən əkin mövsümləri buraxılarsa, dünyada 45 milyon insan kəskin ərzaq çatışmazlığı ilə üzləşə bilər. Daha 30 milyon insanın yoxsulluq həddindən aşağı düşmək riski var.

UNOPS rəhbərinin sözlərinə görə, BMT gübrə daşımalarının bərpası üçün mexanizm hazırlayıb. Lazımi razılaşmalar əldə olunarsa, tədarükü 7-10 gün ərzində yenidən təşkil etmək mümkündür.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR