Çörçilin əmrilə tiklmiş bunker ilk dəfə ziyarətçilərin ixtiyarına verildi
Kateqoriya məlum deyil
Böyük Britaniyanın baş naziri olmuş Uinston Çörçilin əmri ilə tikilmiş İkinci Dünya Müharibəsi dövrünə aid bunker ilk dəfə ziyarətçilər üçün açılıb.
Sfera.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
"Fan Bay" adlanan bunker ölkənin cənub-şərqindəki Dover şəhəri yaxınlığındakı qayalıqda yerləşir. Sığınacaq 1940-cı ildə tikilib.
Bura Dover boğazını işğal olunmuş Fransa sahillərindən gözlənilən hücumdan qoruyan artilleriya batareyaları üçün komanda məntəqəsi kimi istifadə olunub.
Bunker 1970-ci illərdə tərk edilib və torpaqla örtülüb. 2017-ci ildə bunkerin yeri tapılıb və yeraltı tikili yerli dövlət qurumunun ixtiyarına verilib.






