Logo

Nyu-Yorkda bina çökdü: Ölən və yaralananlar var - FOTOLAR

Nyu-Yorkda bina çökdü: Ölən və yaralananlar var - FOTOLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nyu-York şəhərində üçmərtəbəli yaşayış binasının çökməsi nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər yaralanıb. Dağıntılar altında insanların qala biləcəyi ehtimalı ilə ərazidə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı aparılır.

Sfera.az xəbər verir ki, hadisə noyabrın 11-də Bruklin rayonunun Flatbuş (Flatbush) ərazisində, yerli vaxtla saat 16:00 radələrində baş verib.

Üçmərtəbəli yaşayış binası yaxınlıqdakı tikinti sahəsində qazıntı işləri aparılarkən çökərək həmin ərazidəki xəndəyə düşüb. Binada mənzillərlə yanaşı, birinci mərtəbədə kommersiya obyektləri də yerləşib.

Nyu-York Yanğınsöndürmə İdarəsinin məlumatına görə, hadisə nəticəsində 17 nəfər xəsarət alıb, onlardan 7-si uşaqdır. Yaralılardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Ölənlərin yaşları barədə isə məlumat açıqlanmayıb.

Nyu-York Yanğınsöndürmə İdarəsinin komissarı Lillian Bonsignore bildirib ki, dağıntı zonasının altında neçə nəfərin qala biləcəyi hələ məlum deyil və əməliyyatın uzun müddət davam etməsi mümkündür.

İradə Elsevər

Sfera.az

Fotolar2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR