Logo

Çində kütləvi həbslər: Mao dövrü geri qayıdır?

Çində kütləvi həbslər: Mao dövrü geri qayıdır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çin sədri Si Szinpin ölkədə genişmiqyaslı antikorrupsiya kampaniyası aparır. Bu kampaniyanın miqyası Mao Tszedunun hakimiyyəti dövrü ilə müqayisə edilə bilər və Çinin iqtisadi sabitliyini təhdid edir.

Sfera.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzetinin məlumatında deyilir.

Bildirilib ki, bunlardan biri də Çinin keçmiş maliyyə bazarı tənzimləyicisi Fan Sinhay ilə bağlı hadisə olub.

İyul ayında o, Pekin Universitetində seminarda çıxış etməli idi, lakin gözlənilmədən gəlməyib. Daha sonra dövlətə məxsus “Sinxua” agentliyi məmurun partiya intizamını və qanunu ciddi şəkildə pozduğuna görə istintaq altında olması barədə informasiya yaydı.

Nəşrin qeyd etdiyi kimi, “təmizləmə kampaniyası” gələn il keçiriləcək Kommunist Partiyası toplantısına qədər Çin elitasını getdikcə daha da geniş əhatə edəcək. Bu yığıncaqda Szinpinin partiya lideri kimi dördüncü beş illik müddətə seçiləcəyi gözlənilir.

Kampaniyanın miqyası ÇKP Mərkəzi Komitəsinin bu yaxınlarda keçirilən beşinci plenar iclasında açıq-aydın görsənib. Kadr təmizləmələri səbəbindən partiya üzvlərinin təxminən dörddə biri iclasda iştirak etməyib.

İddia edilir ki, Mao Tszedunun sözdə “Mədəni İnqilabı”ndan bəri müasir Çin tarixində buna bənzər bir şey baş verməyib.

Klermont MakKenna Kollecinin professoru Minsin Peinin hesablamalarına görə, Si Szinpinin hakimiyyəti dövründə təxminən 7,2 milyon Kommunist Partiyası üzvü müxtəlif siyasi, inzibati və ya məhkəmə cəzalarına məruz qalıb. Onların arasında ən azı 632 yüksək vəzifəli məmur var. Si Szinpinin 2023-cü ildə başlayan üçüncü prezidentlik müddəti ərzində cəzalandırılan məmurların orta sayı ildə 800 mini keçib. Ümumilikdə, bu dövrdə ən azı 628 partiya funksioneri birbaşa məsuliyyətə cəlb edilib və çox güman ki, faktiki həbs cəzası alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR