Hörmüz boğazında üç neft tankeri minaya düşdü
Kateqoriya məlum deyil
Hörmüz boğazında üç neft tankeri minaya düşüb, nəticədə gəmilərdə güclü yanğın baş verib.
Sfera.az xəbər verir ki, İran mediasının məlumatına görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, insidentlər səhər saatlarında baş verib. Tankerlərin naviqasiya və identifikasiya sistemlərini söndürdüyü iddia edilir. Nəticədə onlar dəniz minalarına düşərək partlayıb və hazırda Hörmüz boğazının cənub sahilində yanmaqda davam edir./Report
Açar sözlər:






