Logo

ABŞ-də seçkilərin nəticələri günlərlə gecikə bilər

ABŞ-də seçkilərin nəticələri günlərlə gecikə bilər
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticələrinin açıqlanması bir neçə gün çəkə bilər.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, seçkilərdə əsas mübarizə Konqresə nəzarəti əldə etmək uğrunda gedir. Lakin yekun nəticələrin nə vaxt məlum olacağı bəlli deyil.

Nümayəndələr Palatasında çoxluğu əldə etmək üçün partiyalardan biri ən azı 218 yer qazanmalıdır. Senatda isə demokratların 51, respublikaçıların 50 yer əldə etməsi kifayətdir. Hazırda Senatda respublikaçılar 53, demokratlar isə 47 yerə sahibdirlər.

Nəticələrin gecikməsinə əsas səbəblər bəzi ştatlarda poçtla göndərilən bülletenlərin hesablanmasının uzun çəkməsi və fərqli səsvermə sistemlərinin tətbiq olunmasıdır.

Qeyd edək ki, 2022-ci ildə keçirilən aralıq seçkilərdə Senata nəzarətin hansı partiyada olacağı dörd, Nümayəndələr Palatasında isə səkkiz gün sonra müəyyənləşmişdi.

Yalnız geridə qalan namizədlərin nəticəni dəyişmək imkanının qalmadığı dəqiqləşdikdən sonra qalibləri elan edəcəyi bildirilir.

Şahanə Ziyad

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR