Logo

Ukrayna Rostovda raket zavodunu vurdu

Ukrayna Rostovda raket zavodunu vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna ordusu hücum dronları və “Neptun” sahil raket komplekslərindən istifadə etməklə Rusiyanın Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.

Oktyabrın 31-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rostov vilayətinin Kamensk-Şaxtinski şəhərində yerləşən Rusiyanın hərbi sənaye kompleksinə aid “Kamenski” kombinatına zərbə endirib.

Hücum kompleks xarakter daşıyıb. Belə ki, əməliyyata zərbə dronları və Ukrayna Hərbi Dəniz Qüvvələrinin “Neptun” sahil raket kompleksləri ilə təchiz olunmuş raket bölmələri cəlb edilib.

Hazır məhsul anbarında yanğın baş verdiyi təsdiqlənib. Bundan əlavə, müəssisənin dörd istehsalat sexinə ziyan dəyib./axar

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR