Logo

Tramp Norveçi təhqir etdi: “Tualet ölkəsinə çevrilib”

Tramp Norveçi təhqir etdi: “Tualet ölkəsinə çevrilib”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatının ona deyil, başqa şəxsə verilməsindən sonra Norveçi sərt tənqid edib.

Sfera.az xəbər verir ki, Tramp oktyabrın 24-də Miçiqan ştatında keçirilən seçki kampaniyası zamanı Norveç haqqında təhqiramiz ifadələr işlədib.

“Düzünü desəm, Norveç zibildir. Norveç əslində tualet ölkəsinə çevrilib”, – deyə o bildirib.

Trampın narazılığı Nobel Sülh Mükafatının ona verilməməsi ilə əlaqələndirilir. ABŞ prezidenti daha əvvəl bu mükafata namizəd göstərilsə də, laureatlar sırasında yer almayıb.

Məlumata görə, Ağ Evin aparat rəhbəri oktyabrın 10-da Trampın Norveçi Nobel Sülh Mükafatını ona vermədiyinə görə bağışlamayacağını bildirib.

Trampın fikrincə, ABŞ həllində iştirak etdiyi hər münaqişəyə görə Nobel Sülh Mükafatı almalı idi. O, komitənin qərarını Norveç üçün silinməz ləkə adlandırıb.

Fatimə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR