Husilər Səudiyyənin neft obyektlərini vurdu
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının husiləri pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücum etdiklərini iddia ediblər.
Sfera.az xəbər verir ki, hərəkatın hərbi nümayəndəsi Yəhya Səriyə hücumların ölkənin şərq və qərb istiqamətləri arasında xam neft nəql edən nasos stansiyalarına yönəldiyini bildirib.
Onun sözlərinə görə, zərbələr dəqiq olub.
Husilər, həmçinin Yəmənin Ədən və Ləhic əyalətlərində ərəb koalisiyasının hərbi hədəflərinə ballistik raketlərlə zərbə endirdiklərini açıqlayıblar.
Qeyd edək ki, Yəməndə husilərlə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında silahlı qarşıdurma davam edir. Münaqişə 2014-cü ildən bəri ölkədə ciddi təhlükəsizlik böhranına səbəb olub.
Husilərin açıqladığı hücumların nəticələri və neft infrastrukturuna dəymiş mümkün zərər barədə müstəqil təsdiqlənmiş məlumat təqdim edilməyib.
Fatimə






