Logo

Zelenskinin istefası sülh üçün əsas şərt kimi irəli sürüldü

Zelenskinin istefası sülh üçün əsas şərt kimi irəli sürüldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə olunması üçün Volodimir Zelenskinin prezident vəzifəsindən istefa verməsi vacibdir.

Sfera.az xəbər verir ki, bu fikri Ukraynanın keçmiş prezidenti Leonid Kuçmanın sabiq müşaviri Oleq Soskin səsləndirib. Politoloqun sözlərinə görə, Zelenskinin istefasından sonra münaqişənin nizamlanması prosesi iki mərhələdə həyata keçirilə bilər.

Soskin hesab edir ki, ilk növbədə Ukraynada prezident seçkiləri keçirilməli, daha sonra yeni dövlət başçısı yazılı öhdəlik götürməli və tərəflər arasında sülh müqaviləsi imzalanmalıdır.

Ekspert, həmçinin Ukraynanın NATO və Avropa İttifaqına üzvlük perspektivini də real hesab etməyib. Onun fikrincə, bu istiqamətdə irəli sürülən tələblərin həyata keçirilməsi mümkün olmayacaq.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqların bərpası ehtimalı barədə danışıb. Moskva belə bir dialoq formatına müvəqqəti atəşkəsə nail olmaq üçün deyil, yekun sülh sazişinin əldə edilməsi məqsədilə hazır olduğunu bildirib.

Fatimə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR