Logo

Husilər bu mövqelərə zərbələr endirdi

Husilər bu mövqelərə zərbələr endirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Yəməndə husilərin silahlı qüvvələri Səudiyyə Ərəbistanına məxsus qüvvələrin Ədən şəhərində yerləşən Əl-Nəsr düşərgəsi və dəniz hərbi bazasındakı mövqelərinə zərbə endirdiklərini bəyan ediblər.

Sfera.az xəbər verir ki, bu barədə husilərin hərbi sözçüsü, briqada generalı Yəhya Səriya məlumat yayıb.

Səriyanın sözlərinə görə, sözügedən ərazilərdə hərbi qüvvələrin toplanmasına və hazırlığına briqada generalı Bədr Salah əl-Hərbinin rəhbərlik etdiyi Səudiyyə zabitləri nəzarət ediblər.

Husilərin hərbi sözçüsü iddia edib ki, həmin qüvvələr Yəmən xalqına və ölkənin silahlı qüvvələrinə qarşı hücumlar həyata keçirmək məqsədilə hazırlanırdı.

Yəhya Səriya, həmçinin Səudiyyə Ərəbistanının tərəfinə keçən qüvvələrə müraciət edərək onları öz ölkələrinin vətəndaşlarına qarşı döyüşlərdə iştirak etməməyə çağırıb.

Qeyd edək ki, zərbələrin nəticələri, dağıntıların miqyası və mümkün itkilərlə bağlı məlumat açıqlanmayıb.

Altay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR