Trampın yadplanetli işçiləri var? - FOTO

Trampın yadplanetli işçiləri var? - FOTO
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın administrasiyasında təmsil olunan bəzi qadınlar xarici görünüşlərinə görə sosial şəbəkələrdə müzakirə mövzusuna çevriliblər.

Onlarla bağlı müxtəlif fərziyyələr və konspirasiya nəzəriyyələri də irəli sürülüb.

Sfera.az xəbər verir ki, internet istifadəçilərinin bir qismi həmin qadınlardan bəzilərinin adlarının azyaşlılara qarşı cinsi istismar cinayətlərində təqsirli bilinmiş Ceffri Epşteynlə bağlı sənədlərdə də çəkildiyini iddia edib. Bəzi istifadəçilər isə onların xarici görünüşləri əsasında qeyri-adi və hətta yadplanetli olduqlarını irəli sürüblər. Lakin bu iddiaları təsdiqləyən hər hansı sübut təqdim olunmayıb.

Syuzan Dell

Müzakirələrə səbəb olan şəxslərdən biri “Dell Technologies” şirkətinin qurucusu və baş icraçı direktoru Maykl Dellin həyat yoldaşı Syuzan Dell olub. O, ötən günlərdə Ağ Evdə keçirilən tədbirlərdən birində iştirakı və üz cizgiləri ilə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Syuzan Dell keçmişdə moda dizayneri və sahibkar kimi fəaliyyət göstərib. O, “Phi” də daxil olmaqla, üç moda brendinin yaradılmasında iştirak edib. Syuzan Dell həyat yoldaşı ilə birlikdə 1999-cu ildə “Michael & Susan Dell Foundation” fondunu yaradıb. Fond əsasən təhsil, səhiyyə və uşaqların iqtisadi imkanlara çıxışının genişləndirilməsi istiqamətində layihələr həyata keçirir. Hazırda Syuzan Dell fondun idarə heyətinin sədridir. O, 2017-ci ildə ABŞ-nin Texas ştatında baş verən Harvi qasırğasından sonra həyata keçirilən yardım təşəbbüslərində iştirakı ilə də tanınır. Dell cütlüyü illər ərzində sosial yardım və inkişaf layihələrinə ümumilikdə 10 milyard dollar vəsait ayırmağı öhdəsinə götürüb.

Barbera Tornhill

Sosial mediada müzakirələrə səbəb olan digər şəxs isə Barbera Tornhilldir. Donald Tramp administrasiyası onu insan alverinə qarşı mübarizə sahəsində məsul vəzifəyə təyin edib. ABŞ Dövlət Departamentində insan alverinə qarşı mübarizə və monitorinq üzrə səfir vəzifəsinə gətirilən Tornhillin əsas fəaliyyət istiqamətləri insan alverinin qarşısının alınması, qurbanların müdafiəsi və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsidir.

Kelli Löfler

Tramp administrasiyasında yer alan daha bir qadın isə Kelli Löflerdir. ABŞ prezidenti ilə yaxın siyasi münasibətləri və ona sadiqliyi ilə tanınan Löfler sosial şəbəkələrdə yayılan görüntülərdə uzunboylu olması ilə diqqət çəkib. Kiçik Biznes Administrasiyasının (SBA) rəhbəri vəzifəsində çalışan Löfler haqqında da sosial mediada onun insan olmadığına dair şərhlər yazılıb. Beləliklə, Tramp administrasiyasındakı bəzi qadınların xarici görünüşü sosial şəbəkələrdə müzakirələrə və müxtəlif konspirasiya nəzəriyyələrinə yol açıb. Bununla belə, həmin şəxslərin qeyri-insani varlıqlar olması barədə iddialar təsdiqlənmiş fakt deyil.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR