74 yaşlı veteranın səhv ayağı amputasiya edildi

74 yaşlı veteranın səhv ayağı amputasiya edildi
Kateqoriya məlum deyil
T

ABŞ-nin Ohayo ştatının Marietta şəhərində yaşayan 74 yaşlı qadın əməliyyat zamanı səhv ayağının amputasiya edilməsi ilə bağlı xəstəxananı məhkəməyə verib.

Sfera.az xəbər verir ki, keçmiş hərbçi olan Şeron Ceks 2025-ci ilin sentyabrında Selbi General Hospital xəstəxanasında dəri xərçənginin (skuamöz hüceyrəli karsinoma) müalicəsi məqsədilə əməliyyat keçirib.

Onun sözlərinə görə, həkimlər əslində sağ ayağını amputasiya etməli olduqları halda, əməliyyat zamanı sol ayağını kəsiblər.

Dörd ay sonra planlaşdırılan ikinci əməliyyat zamanı isə bu dəfə düzgün ayaq amputasiya edilib. Nəticədə Ceks hər iki ayağını dizdən aşağı itirib. Məhkəmə sənədlərində xəstəxana və cərrahi heyətin də daxil olduğu doqquz tərəf cavabdeh kimi göstərilir. Ceksin vəkili Bred Leyn bildirib ki, cərrahi heyət əməliyyatdan əvvəl düzgün ayağı işarələsə də, prosedur zamanı səhv ayaq amputasiya edilib.

Vəkilin sözlərinə görə, səhv əməliyyat davam etdiyi zaman aşkarlanıb və Ceks narkozdan ayılmamışdan əvvəl bu barədə ailəsinə məlumat verilib.

Xəstəxananın sözçüsü hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Cərrahi heyət yenidən təlimə cəlb olunub və əməliyyatda iştirak edən əməkdaşların vəzifə yerləri dəyişdirilib. Əməliyyatı həyata keçirən həkim Qreqori Krivçeniyanın tibbi fəaliyyət lisenziyasının hələ də qüvvədə olduğu, lakin onun təqaüdə çıxdığı bildirilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR