Bu ölkə səfərbərlik elan etdi – Böyük müharibə başlayır

Yəmən parlamenti husilərin hərbi eskalasiyasına qarşı ümumi səfərbərliyin elan edilməsi ilə bağlı müraciəti təsdiqləyib.
Sfera.az-ın xəbərinə görə, bu barədə “Al Hadath” məlumat yayıb.
Müraciəti Yəmən Prezident Rəhbərlik Şurasının sədri və ali baş komandan Rəşad əl-Əlimi göndərib.
Parlamentin qərarına əsasən, səfərbərliyin elan olunması vətəndaşların, respublika quruluşunun, konstitusiya qanunçuluğunun, ölkənin suverenliyi və ərazi bütövlüyünün qorunması zərurəti ilə əsaslandırılıb.
Qərar sentyabrın 28-də parlamentin spikeri Sultan əl-Bərkaniyənin sədrliyi ilə videokonfrans formatında keçirilən geniş iclasda qəbul edilib.
Deputatlar Yəməndə və regionda mövcud vəziyyəti müzakirə edərək onu son dərəcə mürəkkəb kimi qiymətləndiriblər.
Parlament yaranan vəziyyətə qarşı mübarizə aparmaq üçün fikir ayrılıqlarının aradan qaldırılmasının və səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.






