Çin ABŞ-dən kömür idxalını artıracaq

Çin ABŞ-dən kömür idxalını artıracaq
Kateqoriya məlum deyil
T

Çin ABŞ-dən kömür idxalını qarşıdakı illərdə artırmağı planlaşdırır.

Sfera.az xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Pekin Vaşinqtonla kömür sənayesində əməkdaşlığı genişləndirmək və ABŞ-dən kömür tədarükünü artırmaq niyyətindədir. Məlumata görə, Çin və ABŞ arasında keçirilən ticarət-iqtisadi məsləhətləşmələr nəticəsində Amerika kömürünün Çinə idxalının qarşılıqlı tariflərin azaldılması proqramına daxil edilməsi barədə razılıq əldə olunub.

Razılaşmanın “30 milyard dollar qarşılığında 30 milyard dollar” prinsipi əsasında həyata keçiriləcəyi bildirilib. Çinin Ticarət Nazirliyi hesab edir ki, bu razılaşma 2027 və 2028-ci illərdə ABŞ-dən Çinə kömür idxalının artmasına şərait yaradacaq. Nazirlik həmçinin kömür sektorunda əməkdaşlığın dərinləşdirilməsinin hər iki tərəf üçün faydalı nəticələr verəcəyini vurğulayıb.

Çin tərəfi ABŞ-dən kömür idxalını daxili bazarın tamamlayıcısı kimi qiymətləndirir. Vaşinqton üçün isə bunun kömür sənayesinə sabit gəlir və iş yerləri təmin etməklə ikitərəfli ticarətin genişlənməsinə töhfə verəcəyi qeyd olunub.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR