ABŞ və Çin arasında "qaynar xətt" yaradılacaq

ABŞ və Çin süni intellektlə bağlı müxtəlif insidentlərin müzakirəsi üçün kommunikasiya kanalının yaradılması barədə razılığa gəliblər.
Sfera.az xəbər verir ki, bu barədə ÇXR Sədri Si Cinpinin sentyabrın 23-25-də ABŞ-yə dövlət səfərinin və ABŞ Prezidenti Donald Trampla görüşlərinin yekunlarına dair Ağ Ev tərəfindən dərc olunan sənədlərdə bildirilib.
“Süni intellektdən üstün intellektə qədər risklər və üstünlüklərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə ABŞ və Çin arasında superintellekt üzrə dialoq yaradılıb. Növbəti fikir mübadiləsi 2026-cı ilin noyabrından gec olmayaraq keçiriləcək. ABŞ və Çin, həmçinin superintellektlə bağlı insidentlər üzrə ikitərəfli kommunikasiya kanalı yaratmaq barədə razılığa gəliblər”, - sənədlərdə qeyd olunub.
Tramp daha əvvəl “süni intellekt” adlandırılmasını “uğursuz və qeyri-dəqiq” hesab etdiyini bildirib. ABŞ liderinin fikrincə, bu cür texnologiyalar “superintellekt” adlandırılmalıdır.
Ağ Evin sənədlərində qeyd olunduğu kimi, ABŞ və Çin liderləri “müvafiq yeni texnologiyaları ifadə etmək üçün “süni intellekt” əvəzinə “superintellekt” terminindən istifadə etmək barədə razılığa gəliblər”./Trend






