Trampdan İran açıqlaması: “Hazır deyillər”

Trampdan İran açıqlaması: “Hazır deyillər”
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ-la razılaşma əldə etmək istədiyini, lakin bunun üçün hələ hazır olmadığını bildirib.

Sfera.az xəbər verir ki, Tramp “ABC11” kanalına müsahibəsində İranla yaşanan hərbi gərginlikdən danışıb.

ABŞ lideri İranın hərbi imkanlarının böyük ölçüdə məhv edildiyini iddia edib. O, "B-2" bombardmançı təyyarələrindən istifadə edilməsəydi, İranın hazırda nüvə silahına sahib ola biləcəyini və həmin silahlardan asanlıqla istifadə edə biləcəyini deyib.

Tramp İranın vəziyyətinin zəiflədiyini bildirərək Hörmüz boğazına ABŞ qüvvələrinin nəzarət etdiyini iddia edib.

Onun sözlərinə görə, ABŞ qüvvələri gecə saatlarında bir sıra gəmiləri zərərsizləşdirir. Tramp bunu İranın radar sistemlərinin məhv edilməsi ilə əlaqələndirib.

ABŞ Prezidenti İran iqtisadiyyatının ciddi problemlərlə üzləşdiyini də iddia edib:

“İqtisadiyyatları əvvəlkindən də pis vəziyyətdədir. Ordularına və polislərinə maaş ödəmirlər. Darmadağın vəziyyətdədirlər. Nələrin baş verəcəyini görəcəyik”.

İranla bağlı daha çox hərbi qüvvə göndərilib-göndərilməyəcəyi və razılaşma ehtimalı barədə suala Tramp belə cavab verib:

“Bununla bağlı razılaşma yolu ilə olacaq, ya yox, bilmirəm. Düşünürəm ki, sonda biz qalib gələcəyik”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR