Rusiyadan “İstanbul” mesajı: “Müzakirələrdən imtina etməmişik”

Rusiyadan “İstanbul” mesajı: “Müzakirələrdən imtina etməmişik”
Kateqoriya məlum deyil
T

Rusiya xarici işlər naziri Sergey Lavrov 2022-ci ildə İstanbulda Ukrayna ilə danışıqlar aparıldığını xatırladaraq, ölkəsinin müzakirələrdən imtina etmədiyini bildirib.

Sfera.az xəbər verir ki, Lavrov Rusiyanın paytaxtı Moskvada ölkədəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri ilə görüş keçirib.

Lavrov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli formatda danışıqların yenidən başlanması ehtimalından danışıb:

“Biz hər zaman ciddi danışıqlara hazırıq. Müzakirələrdən imtina etməmişik. Danışıqlar üçtərəfli və ya ikitərəfli ola bilər. Biz heç vaxt danışıqları uzatmamışıq və çətinləşdirməyə çalışmamışıq. Qərbin müdaxiləsi səbəbindən İstanbul razılaşmalarının qarşısının alınmasından sonra da danışıqlar prosesi çərçivəsində xüsusi hərbi əməliyyatı dayandırmayacağıq. Mövqeyimizi heç vaxt dəyişməmişik. Bu mövqe çərçivəsində məntiqli kompromislər tapmağa hazırıq”.

Lavrov ABŞ-nin digər Qərb ölkələrindən fərqli olaraq münaqişənin əsas səbəblərini başa düşdüyünü bildirib və ABŞ administrasiyasının Ukrayna böhranının həllinə yönəlmiş təşəbbüslərini yüksək qiymətləndirdiklərini deyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR