ABŞ İsrailə qarşı sanksiyalara etiraz etmədi - SƏBƏB

ABŞ Prezidenti Donald Trampın administrasiyası Böyük Britaniyanın təşəbbüsü ilə işğal altındakı İordan çayının qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrinə qarşı yeni sanksiyaların tətbiqinə etiraz etməyib.
Sfera.az xəbər verir ki, “Axios”un ABŞ rəsmiləri və Qərb diplomatlarına istinadən yaydığı məlumata görə, Vaşinqtonun təşəbbüsə qarşı çıxmaması Ağ Evin İsrailin Baş naziri Binyamin Netanyahu hökumətinin İordan çayının qərb sahilindəki siyasətindən narazılığını göstərib.
Məlumata görə, Böyük Britaniyanın Baş naziri Endi Börnham sanksiyaların elan edilməsindən əvvəl Trampı plan barədə məlumatlandırıb. Trampın isə buna etiraz etmədiyi və britaniyalı baş nazirdən qərarını dəyişməsini istəmədiyi bildirilib.
“Axios”un mənbələrinə görə, ABŞ rəsmiləri britaniyalı həmkarlarına Netanyahu hökumətinin İordan çayının qərb sahilindəki siyasəti ilə bağlı narahatlıqlarını bölüşdüklərini bildiriblər. Bununla belə, Vaşinqton konkret sanksiyaların tətbiqi ilə razılaşmaya bilər.
Qeyd edək ki, Böyük Britaniya çərşənbə axşamı İordan çayının qərb sahilində İsrail yaşayış məntəqələrinin inşasında iştirak edən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Bəsti Rəfizadə






