Ukrayna ilə bağlı üçlü zirvə: Bu tarixlərdə keçirilə bilər

Ukrayna ilə bağlı üçlü zirvə: Bu tarixlərdə keçirilə bilər
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof və onun kürəkəni Cared Kuşnerin həftəsonu Moskva və Kiyevə səfərindən sonra ABŞ, Rusiya və Ukrayna arasında üçlü zirvə keçirilməsi ehtimalı yenidən gündəmə gəlib.

Sfera.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin ABŞ lideri Donald Trampa ehtiyacı olduğunu bildirib:

“Düşünürəm ki, Putin Trampa ehtiyac duyur. O, Trampı məyus etmək istəmir”.

Ukrayna lideri ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların davam etdirilməsi ehtimalının olduğunu vurğulayıb. Zelenskinin sözlərinə görə, tərəflərin danışıqlar üçün sentyabr və oktyabr aylarında vaxtı var.

Üçlü zirvə ehtimalı ilə bağlı Rusiyadan da açıqlama verilib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların bərpası ehtimalını istisna etmədiklərini açıqlayıb:

“Üçtərəfli formatda danışıqların yenidən başlanması ehtimalını istisna etmirik. Lakin bunun harada və nə vaxt keçiriləcəyi barədə danışmaq hələ tezdir”.

Kremlin sözçüsü həmçinin bildirib ki, ABŞ nümayəndələrinin Kiyevdə apardığı görüşlərin nəticələri hələlik Moskvaya çatdırılmayıb. Peskov Donald Tramp və Vladimir Putin arasında telefon danışığının keçirilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Donald Trampın kürəkəni Cared Kuşner sentyabrın 5-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər. Nümayəndələr sentyabrın 6-da Kiyevə gedərək Ukrayna Prezidenti Vladimir Zelenski ilə sülh danışıqları aparıblar.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR