Zelenskidən mühüm bəyanat: "Müharibə qışda da davam edəcək"

Zelenskidən mühüm bəyanat: "Müharibə qışda da davam edəcək"
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna müharibəsinin qış başlamadan başa çatacağına dair kifayət qədər əsas olmadığını bildirib. O, müharibənin qış aylarında da davam edə biləcəyini deyib.

Sfera.az xəbər verir ki, Zelenski bu sözləri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Jared Kuşnerlə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, Uitkoff və Kuşnerin Moskva və Kiyevdə keçirdiyi görüşlərlə danışıqlar prosesi yenidən aktivləşib. O, həllini gözləyən əsas məsələnin ərazi problemi olduğunu və bunun yalnız liderlər səviyyəsində həll edilə biləcəyini deyib.

Ukrayna lideri müharibədən sonra ölkəsinə təhlükəsizlik və iqtisadi təminatların verilməsinin vacibliyini vurğulayıb. O, həmçinin ABŞ və Avropa ilə yaxın vaxtlarda yeni görüş keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb.

ABŞ nümayəndəsi Jared Kuşner isə Vaşinqtonun ABŞ-Ukrayna-Rusiya formatında üçtərəfli danışıqlara qayıtmaq istədiyini bildirib. Onun sözlərinə görə, məqsəd yalnız müharibəni dayandırmaq deyil, uzunmüddətli sülhü təmin edəcək “sülh paketi” hazırlamaqdır.

Zelenski həmçinin ABŞ və Almaniyanın hava hücumundan müdafiə sistemləri üçün raket istehsalını artıracağını və gələn il Ukraynanın raketdən müdafiə imkanlarının əhəmiyyətli dərəcədə güclənəcəyini bildirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR